Kişilərin tərk etmə səbəbləri



Bağlanma qorxusu
Əgər sevdiyiniz kişi sizi tərk edibsə bu heç də onun sizi sevmədiyi mənasına gəlmir. Kişilər bəzən çox sevdikləri qadından da ayrıla bilərlər. Bunun səbəbi isə bağlanma qorxusudur. Onu bir gün tərk edəcəyinizi ya da onunla evlənsəniz xoşbəxt ola biləyəcəyinizi fikirləşə bilər. Sizə bağlandığını hiss etdiyi andan etibarən sizdən qaçmağa başlayır. Başa düşür ki əgər bu sevgi yaxınlığı uzansa bir müddət sonra sizsiz yaşamaq ona çətin gələ bilər və gələcəkdə sizin ondan uzaqlaşa bilmə ehtimalınız onu addıma vadar edir.

Evlənməkdən çəkinmə
Artıq uzun müddət idi ki yaxşı sevgi munasibətiniz var idi. Və düşünürdüz ki evlənmək vaxtı gəlib. Niyə də olmasın ? Ama bunu düşünməkdə də olsa tək qərar verməyin. çünki əks tərəf buna hələ tam hazır olmaya bilər. Düşünün, bu onun üçün həm əhəmiyyətli, həm də məsuliyyətli qərardı. Həyatını dəyişəcək qərarı qısa müddətdə verməsini gözləməyin. Evlənməmişdən əvvəl hər kişi öz həyatını qaydaya salmaq istəyir.

Sizi sevmir
Siz onu dəlicəsinə sevə bilərsiniz. Lakin onda bu hisslər olmaya bilər. Bəlkə onun sizdən yalnız xoşu gəlir ? Belə hallarda kişi ilə uzunmüddətli ya da ciddi olacaq sevgi munasibəti qurmaq istəmirlər.

Xətalarınız
Onunla birlikdə olduğunuz vaxtlar etdiyiniz və əhəmiyyət vermədiyiniz bəzi hərəkətlər onun üçün unudulmayacaq bir xarakter ala bilər. Vaxtı gələndə belə hərəkətlər haqqında fikirləşməyə başlayan sevgiliniz artıq başa düşə bilər ki sizinlə munasibət artıq istənilən səviyyədə davam etmir.

esmeralda

Şərhlər:

  1. Admin dedi ki:

    Beli heqiqeten mueyyen sebeler uzunden belkede kisi evlenmekden cekinir.Amma bunlarmuveqqetidir ve bu o demek deyilki o xanimini sevmir.Eger heqiqeten sevgi varsa butun cetinlikler def olunur ve xanimda oglanda bir birlerini anlayirlar:)
    Menim firkim budur

  2. esmeralda dedi ki:

    Admin,
    Narahat olma dostik oda duzeler

  3. BLACK STAR dedi ki:

    maraqlidi cox saol