Sevir Yoxsa Sevmir

Sevir Yoxsa Sevmir

Eşitmiş olarsınız,nənələrimizin dövründə çobanyastığının ləçəkləri ilə tapardılar-sevir,sevmir.İndi də kəndə gedəndə buna inanmasaq da mən də arabir yoxlayıram:görəsən sevir,ya sevmir?))

Bizim dövrümüzdə sevdiyiniz oğlanın sizin əsəb hüceyrələrinizi belə ləçək-ləçək qoparmağını gözləmədən onun hərəkətlərinə diqqət edərək sevib sevmədiyini təyin etmək olar.

“Sevir”-əgər yorulduğunu görüb sən yatandan sonra gizlincə qabları da yuyub səndən sonra yatır,səhər isə hələ yuxudan oyanmamış qalxın səninçün səhər yeməyi hazırlayırsa.

“Sevmir”-bütün filmləri seyr ederek senden sonra yatir,hələ səsinə az et dedikdə də hirslənir,səhər sizdən tez durur,amma səhər yeməyi hazırlamaq üçün yox,ona görə ki sizi də oyatsın ki,onun xoşuna gələn köynəyini ütüləyib işə yola salasınız.

“Sevir”-Əgər gün ərzində bir neçə dəfə zəng edərək əhvalınızı sorüşür və evə nə almaq lazım olduğuyla maraqlanır.

“Sevmir”-əgər gün ərzində siz ona zəng edib günorta nə yediyi ilə maraqlanırsınız,hətta axşama da nə yemək istədiyini soruşursunuz.

Sevir-əgər göz yaşlarınızı görərkən sizi çiyinlərinizdən qucaqlayır,özünə sıxır,sakitcə pıçıldayır:sakit ol əzizim,bunlar hamısı boş şeylərdir,əsas odur ki biz bir yerdəyik!

Sevmir-göz yaşları onu əsəbləşdirir,üz-gözünü turşudub uzaqlaşmağa,gizlənməyə yer gəzir.

Sevir-hətta sən haqsız olduqda belə bağışlaya bilirsə

Sevmir-sənə ən kiçik səhvlərini belə bağışlamaq istəmirsə.

Sevir-səninlə tək qalmaq üçün variantlar fikirləşir,çay qırağına gedir.sən çəmənlikdə çiçək toplayarkən balıq tutaraq tam sakitlikdə rahatlıq tapir.

Sevmir-tək olmağı üstün tutur.hara istəyir,nə vaxt istəyir,nə qədər vaxta istəyir tək gedir.

Sevir-onun dostları və sənin dostların eyni mahiyyəıt kəsb edir.

Sevmir-onun dostları ancaq onun dostlarıdır,sənə bu aləmə giriş qadağandır.

Sevir-əgər pul çatışmırsa yüksək maaşlı işi o axtarır

Sevmir-pul çatışmadığı halda sən özünə yüksək gəlirli iş gəzirsən

Sevir-sizə xoş olsun deyə səbəbsiz də gül bağışlaya bilər

Sevmir-ancaq təqvimdəki qırmızı günlərdə gül alır,o da özü hərəkətindən zövq alsın deyə

Sevir-əgər siz onunçün xəstə olduqda,əhvalınız olmadıqda belə ən gözəl,ən maraqlı,ən arzuolunan qadınsınızsa.

Sevmir-əgər sizin artıq kilo aldığınızı görür və bunu o dəqiqə sizin nəzərinizə çatdırmağa çalışırsa

Sevir-əgər aranızda inciklik olarsa barışmağa ilk addımı o atırsa

Sevmir-inciklik zamanı siz barışmaq istədikdə hələ fikirləşir ki bağışlasın ya yoix.

Sevir-əgər səhvən xəyanət edibsə hər vasitə ilə bunu bilməməyinizə çalışırsa.

Sevmir-xəyanət edib hələ gözünüzün içinə bunu deyərək sizin reaksiyanızı gözləyirsə,bundan gizli həzz alırsa.

Sevir-onunla olduğunuz anlar rahat,təhlükəsiz,isti bir yuvanı xatırladırsa

Sevmir-Birgə həyatınız içində hissiyatsız bir pinqvin olan soyuq buzlaqları xatırladırsa.

Sevir-əgər işdən sonra evə tələsirsiniz,quş kimi uçursunuz.

Sevmir-işdən sonra quş kimi uçmaq istəyirsiniz,hara gəldi olsun ki evdən uzaq olsun

Sevir-əgər telefonunda və ya bloknotun arasında sizin şəklinizdirsə

Sevmir-blaknotun arasında çılpaq kitayanka,telefonda isə yarımçılpaq mulatkanın şəklini gəzdirir.

Sevir-sənə pis olanda həmişə yanındadır

Sevmir-sənə pis olanda yanında ondan başqa hamı olur.

Sevir-əgər istirahət günlərini səninlə keçirirsə

Sevmir-istirahət günü dostları ilə olub səndən dincəlir

Sevir-başqa kanalda futbol getsə də sənin seriala baxmağına kişi kimi dözür

Sevmir-əgər siz axırıncı dəfə nə vaxt seriala baxdığınızı unutmusunuzsa,halbuki artıq futboldan əla baş çıxarırsınız.

Sevir-siz həvəslə bayram günlərini gözləyirsiniz,bilirsiniz ki o gözəl sürprizlər etməyi bacarır

Sevmir-bayramlara nifrət edirsiniz,çünki onun növbəti sürprizindən ölmək istəyəcəksiniz.

Sevir-30 yaşında da özünü 20 yaşında hiss edəcəksən

Sevmir-30 yaşında özünü 80 yaşında hiss edəcəksən

Sonda

Sevir-əgər hətta barmağınızda nişan üzüyü olmasa belə özünüzü ərli qadın kimi hiss edəcəksinizsə.

Sevmir-hətta barmağınızda nişan üzüyü olsa belə özünüzü tənha hiss edirsinizsə

esmeralda

Şərhlər:

  1. Admin dedi ki:

    wink wink wink LAp oyun yadima duwdu Qiz oturur denizin qiraginda bawlayir gulleri qopartmaga sevir sevmir )))

  2. esmeralda dedi ki:

    Admin,
    hheee ramawkani urur ….. sevir sevmir ..Xaxa

  3. IzYuMinKa dedi ki:

    thanksss bilo interesno ok

  4. esmeralda dedi ki:

    IzYuMinKa,
    not at all

  5. Firuze dedi ki:

    mene aid deyil amma tewekkur cox sag olun…

  6. emrah dedi ki:

    bravooooooooooooooooooooooooooooooooooooooooooo

  7. emrah dedi ki:

    mene aid deyil bunun coxu evli adamlara iddir men ise helelik subayam amma xebere gore tsk bravooooooooooooooooooooo…………………..

  8. fanya_ya dedi ki:

    twk

    chox saq ol