Tanınmış müğənninin sevgilisi kokainə görə həbs edildi

Türkiyənin tanınmış sənətçilərinin narkotik qəbul etmə ittihamı ilə həbsi davam edir. Xəbərə görə, tanınmış sənətçi Dəniz Səkinin ardınca onun sevgilisi, klarnetçi Hüsnü Şənləndirici də həbs olunub.

H. Şənləndiricinin həbsinə səbəb onun D. Səki ilə görüşmək üçün polis idarəsinə gəldiyi vaxt jurnalistlərə “onu niyə tutduqlarını bilirəm. Əgər elədirsə, gərək məni də həbs edələr” deməsi olub.

Hazırda sevgililər eyni polis idarəsinin təcridxanalarında saxlanılırlar.

Artıq məhkəmə D. Səki və onunla birgə saxlanılan 18 nəfərin 3 günlük ilkin həbsi ilə bağlı qərar verib.

Medianın xəbərlərinə görə, müğənni təcridxanada sabaha qədər yatmayıb, o, davamlı ağlayıb, heç nə yeməyib. Onun bütün konsertləri və reklam çəkilişləri ilə bağlı anlaşmaları da həbsindən sonra ləğv olunub.

Türkiyənin digər tanınmış müğənnisi Demet Akalın isə narkotik əməliyyatı ilə bağlı ifadə verməsi barədə xəbərlərin yalan olduğunu deyib. O, doğrudan da D. Səkinin saxlanıldığı Zəkəriyyəköy Polis İdarəsinə getdiyini, lakin başqa bir işlə bağlı ifadə verdiyini söyləyib.

Qeyd edək ki, D. Səki İstanbul şəhər polisinin narkotiklə bağlı keçirdiyi əməliyyatda kokain istifadə etdiyi və başqa istifadəçilərə yer təmin etdiyi iddiası ilə saxlanılıb.

esmeralda

Şərhlər:

  1. esmeralda dedi ki:

    eceb olub ele her ikisinee…..deniz sekiden vapwe zehlem gedir JABAYA oxwayir nifret edirem deniz sekiye

  2. Admin dedi ki:

    esmeralda,
    Mende seninle raziyam narkotikle mewgul olana buda azdir )) ireful

  3. esmeralda dedi ki:

    Admin,
    kanewnaaa..gerek bunlar hemiwelik turmeye atalaree 2 gunluk yoxxx ireful

  4. IzYuMinKa dedi ki:

    hmmm da im etoqo toje malo…omurluk lazimdi nakazattt nea

  5. MILAQROS dedi ki:

    Admin,
    esmeralda,
    IzYuMinKa,
    ya_za

  6. meymunka dedi ki:

    sposibo ocen klyovo!!!

  7. BLACK STAR dedi ki:

    maraqlidi…twk