İsa peyğəmbər təhqir edildi



İtaliya muzeyində onu qurbağa formasında göstərirlər

Məhəmməd peyğəmbərin karikaturası çəkilərək təhqir edilməsindən sonra, indi də İsa peyğəmbərin təhqir edilməsi ilə bağlı qalmaqal yaşanır. Türkiyə mətbuatının istinadən verdiyi məlumata görə, peyğəmbər çarmıxa çəkilmiş qurbağa formasında göstərilib.

Çarmıxa mıxlanmış əlində pivə stəkanı tutan, dili ağzından bayıra çıxmış şəkildə hazırlanan 130 santimetrlik heykəl İtaliyanın Bolzano şəhərindəki “Museion” muzeyində nümayiş etdirilir. Muzeyin əməkdaşları təhqiramiz heykəli 10 il öncə ölən alman heykəltaraşı Martin Kippenbergerin hazırladığını bildirərək onu müdafiə ediblər: “O insanların qorxularını araşdırırdı”. Roma papası XVI Benedikt isə heykəl barədə xəbər tutandan sonra “bu küfrün, bu əclaflığın günləri sayılıb” deyərək onun yığışdırılib məhv edilməsini istəyib.

Bolzano muzeyinin rəhbərliyi papanın işə qarışmasından sonra təhqiramiz heykəli giriş salonun ən diqqət çəkən yerindən yığışdırıb. İndi isə heykəlin “sənətkar azadlığı”na riyat edilərək saxlanılması və ya Vatikanın təzyiqi ilə ümumiyyətlə yığışdırılması arasında seçim edilir.

esmeralda

Şərhlər:

  1. esmeralda dedi ki:

    ALLAh ozu onlarin cezalarini verecek INWALLAH……utanmazlar

  2. e_s_k_a dedi ki:

    на Азербайджанском ниче не пойму из-за этого не прочитала но спс

  3. SMERT dedi ki:

    VAXT ONLARA HER SEYI BASA SALACAQ

  4. MILAQROS dedi ki:

    esmeralda,
    AAMIN INSHALLAH xebere gore twk