MP3 sozu

 

Azərbaycan
“mp3” sözünün İnternetdə axtarışına görə dünyada birincidir. Bunu “google”
saytındakı statistika da sübut edir.

Məlumata görə
ölkəmiz 2004-cü ildən bu yana axtarış sistemində şəksiz birinciliyi əlində
saxlayır. İkinci yeri isə mütəmadi olaraq İndoneziya tutur. İndoneziya ancaq bu
ilin əvvəlində cüzi fərqlə Azərbaycanı qabaqlaya bilib. Maraqlıdır ki,
İndoneziya hər ilin əvvəlində Azərbaycana yaxınlaşır və ya cüzi fərqlə onu
qabaqlayır. İlin yekununda isə Azərbaycan “mp3” sözünün axtarış faizinə görə
yenidən birinciliyi özünə qaytarır.

Daha bir maraqlı fakt ilk onluğa
daxil olan ölkələrin inkişaf etməkdə olan ölkələr olmasıdır. Bu sırada istisna
hal kimi Çexiya Respublikasının adını çəkmək olar. Mütəxəssislərin fikrincə, bu
fakt inkişaf etmiş dövlətlərin əhalisinin daha keyfiyyətli lisenziyalaşdırılmış
məhsullara üstünlük verməsinin və İnternetdən pirat yolu ilə əldə edilən
məhsullardan imtina etməsinin göstəricisidir.

Ayselka

Şərhlər:

  1. BLACK STAR dedi ki:

    maraqlidi…..cox saol..

  2. fanya_ya dedi ki:

    Halaldi azerilara saq ol xabara gora)))Indoneziya qalat elayir)