Gunahlarin esas neticesi


 

– Günahkar elmdən məhrum olur. Həqiqətən, elm – Allahın qəlbdə yerləşdirdiyi nurdur və günahlar bu nuru söndürür.

– Günahkar dünya nemətlərindən məhrum edilir.

-Günahkar qəlbində Allahdan hədsiz uzaqlıq hiss edir hansı ki, heç bir
ləzzət onun əvəzini verə bilməz. Yer üzündəki bütün ləzzətlər bir yerə
yığılarsa, onlar bu uzaqlığı doldurmaq üçün kifayət etməzlər. Lakin
bunu qəlbi həyatla dolu olan hiss edə bilər, çünki yara ölüyə əziyyət
vermir.

– Günahkar həmçinin insanlardan, xüsusən də salehlərdən uzaq gəzir.
Onların arasında o özünü sıxılmış hiss edir və bu hiss nə qədər güclü
olarsa, o qədər də o onlardan, onların yığıncaqlarından uzaq durar və
onlarla ünsiyyət faydasından məhrum olar.

-Günahkarın işləri böyük əziyyətlə alınır və o hansı işdən tutsa buna
onun gücü yetmir və ya o onunla böyük əziyyətlə bacarır.

– Günahkarın qəlbini həqiqi zülmət bürüyür hansını ki, o açılmaz
qaranlıq gecəni hiss etdiyi kimi hiss edir. Asilik zülməti onun qəlbinə
korluq gözü tutduğu kimi enir çünki Allaha itaət – nur, Ona asilik –
zülmətdir. Bu zülmət nə qədər qatı olarsa qulun o qədər narahatlığı və
çaşqınlığı güclü olur. Bunun nəticəsində o bidət edir, zalalətə düşür
və həlak edici günahlara batır və bunu hiss belə etmir. O qaranlıq
gecədə evdən küçəyə çıxan kora bənzəyir.

– Günahlar qəlbi də, bədəni də gücdən məhrum edir. Qəlbə gəldikdə,
burada hər şey aşkardır və o günahlara görə onda həyat sönənə qədər
solmaqda davam edir. O ki, qaldı bədənə gələn zəifliyə, möminin gücü
onun ruhundadır və ruh nə qədər güclü olarsa bədən də o qədər güclü
olar. Günahkar isə hətta fiziki güclü olsa belə çətin vəziyyətdə halsız
və zəif olur.

Ayselka

Şərhlər:

  1. e_s_k_a dedi ki:

    спс жаль что все что про Ислам ставят все на Азербайджанском языке

  2. esmeralda dedi ki:

    baciwka thankss .ALLAH RAZI OLSUN

  3. UMNAYA dedi ki:

    cox sag ol canim.ela yazibsan utancaq

  4. IzYuMinKa dedi ki:

    good COOOOOX SAG OL