Kimsəsiz qız uşağı

 

Kimsəsiz bir qız
Bakı şəhərinin mərkəzi küçələrinin birində kasıb bir ailədə bir qız uşağı dünyaya gəlir.Bu uşağın dünyaya gəlişi onun valideynləri üçün həm sevinc həm də kədər gətirdi.Ona görə sevinc gətirdi ki,bu uşaq ailənin ilk və yeganə övladı idi.Amma ona görə kədər gətirdi ki,çünki bu ailənin uşağı hər şeylə təmin etmək üçün kifayət qədər imkanı yox idi və getdikcə vəziyyət daha da pisləşirdi.Vəziyyətin nə vaxtsa düzələcəyindən ümidlərini itirən valideynlər uşağı körpələr evinə qoymağı qərara alırlar.Lakin onların bu istəyi də baş tutmur,çünki körpələr evinin rəhbərliyi valideynlərə elə bir məbləğ dedi ki valideynlərə sadəcə sağol deyib dönüb geri qayıtmaq qaldı.Əlacsız qalan valideynlər göz yaşı içində 2 aylıq körpəni çölə atmağa məcbur olurlar.Aman allah belə də vicdansız valideyn olar?
Amma onların vəziyyətinə nəzər salsaq görərik ki,həqiqətən də onların uşağı saxlamaq üçün imkanları yox idi,hətta yeməyə yavan çörək belə tapmırdılar.Onlar 2 aylıq uşağın aclıqdan öləcəyindən qorxurdular,özlərini yox sadəcə uşağı düşünürdülər.Çünki o həyata yenicə başlamışdı,onun həyatı hələ qabaqdadır deyə düşünürdülər.Uşağı da körpələr evinə ona görə qoymaq istəyirdilər ki,heç olmasa orda ona baxan olar,körpə ac qalmaz.Lakin körpələr evindən də əli boş qayıdan valideynlər bəlkə də elə bu üzdən onu çölə atmağa məcbur oldular.Nə qədər çətin olsa da valideynlər bunu etdilər.
Bu zaman yol ilə gedən yaşlı nurani bir qocaman ağlayan uşaq səsi eşidir və ətrafa boylananda yolun kənarında nəyinsə durmadan sağa-sola tərpəndiyini görür,elə səs də həmin tərəfdən gəlirdi.Qoca həmin səs gələn tərəfə doğru gedir.Yazıq qoca hardan bilsin ki yolun kənarında sağa-sola tərpənən körpə bir qız uşağıdır.Uşağı görəndə əvvəlcə gözlərinə inanmır, gördükləri ona xəyal kimi gəlir,sanki qoca yuxu görür.Qoca bir anlıq donub qalır,özünə gələndən sonra uşağı qucağına alır və ona sarılıb o da uşaqla birgə ağlamağa başlayır.Lakin qocanın ağlamağı kimsəsiz bir uşağın göz yaşlarına şərik olmaq deyildi.O sadəcə körpənin halına ağlayırdı,onun kimsəsiz olduğuna,onun niyə bu yaşda çölə atıldığını düşünüb ağlayırdı.
Nurani qoca uşağı öz evinə gətirir və evdə onun rahat,sağlam və gələcək həyatında da xoşbəxt yaşaması üçün hər cür şərait yaradır.İllər keçir və beləcə körpə yavaş-yavaş böyüyüb başa çatır. Həyatı yenicə dərk eləməyə başlayan bu qız xəyalında onun valideynlərinin kim olduğunu düşünür,amma cavab tapa bilmir.Axı o valideynlərini görməyib,elə təzəcə dünyaya göz açmışdı ki,körpə qızcığaz valideyn qayğısından,valideyn nəvazişindən uzaq düşdü və haqqında bəhs etdiyimiz həmin bu qoca ona əsl valideyn qayğısı göstərmişdi.Onun həm valideyni olub, həm də dayəsi olub.Həmin bu kimsəsiz qız bir gün qocadan onun valideynlərinin kim olduğunu soruşur.Bu sual qocanı çox sarsıdır amma həqiqəti qızdan gizlətməyə məcbur olur.Cavabında isə qıza yalandan sənin valideynlərin uzaqdadır amma tezliklə qayıdacaqlar deyir.Qız da hər gecə tanrıya dua edir ki,onu valideynlərinə qovuşdursun.
Çox keçmir ki,qoca bərk xəstələnir,hətta xəstəliyi onun ölümünə də səbəb olur.Lakin qoca ölümündən qabaq qıza bütün gizli qalan sirrlərini açıb deyir.Qız da həqiqətləri öyrəndikcə için-için ağlayırdı.Onun küçəyə atılmış kimsəsiz bir uşaq olduğunu biləndən sonra keçmişini düşünmək belə istəmirdi.Çünki keçmişindən ona yalnız küçəyə atılması xatirə qalmışdı.Yazıq qız hər gecə hıçqırıqlı dualarla əllərini göyə açıb valideynlərinə qovuşması üçün tanrıya dua edirdi, amma hardan biləydi ki,onun valideynləri bu qədər acımasız,bu qədər qəddardırlar.Ona qarşı necə soyuqqanlı davranıblar.Bunları düşünmək belə insana çox ağır gəlir.Əlbəttə ki,bu cür əzablar içində yaşamaqdansa ölmək daha yaxşıdır.
İndi isə mən bütün xalqıma səslənirəm.Əziz xalqım.Gəlin heç olmasa bu gündən sonra qalan ömrümüzü körpələrimizə həsr edək,çünki onların hər zaman qayğıya ehtiyacı var…!

Deli_oglan

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    eziyyete gore cox sag ol…

  2. Melekcik dedi ki:

    twk edirem xebere gore))

  3. CEYHUN dedi ki:

    COX SAG OL.ELLERINE SAGLIG

  4. NauGHty dedi ki:

    ne olursa olsun oz usaqini atmaqa hec bir sey haqq vermir((

  5. bakili balasi dedi ki:

    COOOOX SAG OL

  6. Lindsay_Lohan dedi ki:

    xebere gore tesekkurler

  7. Cristi dedi ki:

    EZIYYETE GORE COXXXXXXXXXXX SAGOL DOSTIK. angel

  8. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  9. fanya_ya dedi ki:

    ne day boq…..xebere gore spasibki)))

  10. qeribelik dedi ki:

    ehhhhhhhh.fani dunyadır daa

  11. BalaM dedi ki:

    Deli_oglan cox sagol

  12. Dj_Robot dedi ki:

    SAGOL MURIK YAXWIKI SEN BELENCIK UWAQLARI YADA SALIRSAN SENEE COX MILNATRAM QAQM

  13. SEVQILIM dedi ki:

    ireful BUNUN VALDEYINLERINE BAX BAWLARI BATSIN ONLARIN ,ELEYDI ELEYDI OLURDU HEC OLMASA ELINIZDE OLERDIDE ,EXXX ALLAH BILEN MESLEXETDIR ELBETDEKI BEZILERINE OVLAD VERIR QEDRINI BILMIR BEZILERI ISE OVLAD HESRETIYLE YAWAYIR ,INWALLAQBUTUN XANIMLARA ANA OLMAQ QISMET EDER HEMKINIDE ANA UREYI ,AVTORA DERIN MINNETEDARLIK COK MARAQLI MOVZUYDU ya_za

  14. L_U_N_A_T_I_K dedi ki:

    xebere gore cox sagol birde omrunu korpesine hesr elemiyen valideyinin ozu axirda yetim qalir

  15. Avtosh_227 dedi ki:
    eziyyetine gor cox sagol.ellerin derd gormesin.cox sagol…
  16. BuBLiK dedi ki:

    марахлиды сох сагол)

  17. _Aynur_ dedi ki:
    Tewekkur cooox maraqli idi…Amma ne bilim uwaqlarini cole atan valideinlere insan demek olarmi?…
  18. Suphenallah dedi ki:

    NE DEYIM VALLAH ALLAH VALIDEYNLERIN UREYINE INSAF SALSIN KI,OVLADLARI COLE ATMASINLAR.ELE OVLADLARIN DA QELBINE INSAF SALSIN KI,VALIDEYNLERI COLE ATMASIN.AXI VALIDEYNI COLE ATAN VICDANSIZLAR DA AZ DEYIL HELE-HELE DE HANSISA QIZIN SOZUNE GORE FUUUUUUUUUUUU

  19. BadBoy dedi ki:
    Gagam Cox sag Ol Allarina saglig Gagam….
  20. Crazy dedi ki:

    Allah valiydensiz usaqlarin her birine sebr versin.Amma mene ele gelirki ne olursa olsun usagini cole atan birine valiyden demek olmaz.


    Xebre gore cox sag ol