Forumda Qanun!

Azərbaycan Respublikası

 Cinayət
Məcəlləsinin 147, 148-ci maddələrində və digər qanunlarda əks
olunduğunu bildirir: «Bu və ya digər maddələri əsas götürüb internet
forumunda deyilən fikirləri kütləvi informasiya vasitələrində yayılmış
kütləvi çıxış hesab etmək olar».
Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz hesab edir ki, internetdə aparılan, real zaman
çərçivəsində gerçəkləşdirilən bu virtual aləmə hər hansı məhdudiyyət
qoymaq imkanları olmadığına görə forumda iştirak edən adam daha çox
məsuliyyət daşıyır, nəinki forum sahibi: «Adətən müxtəlif forumlarda
moderator olur. Moderator forumun aparılması qaydalarını müəyyən edir.
Əgər hər hansı bir forumda moderator yoxdursa, bu zaman forum
iştirakçısı müzakirələrdə deyilən fikirlərə görə məsuliyyət daşıyır.
Moderator olan forumlarda isə belə bir qayda olur ki, təhqir olmaz,
şəxsiyyəti alçaldan fikirlər səsləndirilməməlidir və qanunvericiliyin
başqa şərtlərinə əməl edilməlidir. Bu foruma daxil olan şəxslər həmin
qaydalarla tanış olub, forumda iştirak edirsə, deməli, həmin qaydalarla
razılaşmış sayılır».

O.Gündüzün sözlərinə görə, forumlarda qanunvericiliyin tələblərinin
pozulması halları daha tez-tez olur, nəinki konkret bir internet
saytında: «Çünki forumlara nəzarət etmək çətindir, orda hadisələr,
fikirlər daha çevik şəkildə cərəyan edir, fikirlər korrektə olunmamış
söylənilir».

Virtual aləmdə deyilən söz və fikirlərə görə məhkəmə çəkişmələrinə
gəlincə, O.Gündüz buna beynəlxalq təcrübədə tez-tez rast gəlindiyini
deyir: «Son vaxtlar belə çəkişmələrə Rusiyada rast gəlmək olar. Amma
indiyə qədər Azərbaycanda internet forumu ilə bağlı hər hansı bir
məhkəmə çəkişməsi olmayıb. İndiyə qədər Azərbaycanda hakimiyyət
səviyyəsində deyil, hansısa məmur səviyyəsində internet saytına
müdaxilələr vardı, amma məhkəmə çəkişməsi olmamışdı».

  Forumda fikirləri kimin dediyinin sübuta yetirilməsi məsələsinə
gəlincə, O.Gündüz bildirir ki, bunu forumun arxasında dayanan
moderatorun, sayt sahibinin, administratorun dəqiqləşdirmək imkanı var:
«Məktublaşmalara, yazışmalara müdaxilə qanunvericiliklə tənzimlənir.
Məhkəmə çəkişməsi zamanı provayderə bu və ya digər suallarla müraciət
etmək olar. Qanuna görə, o, məhkəmənin suallarına cavab verməlidir».

Ayselka

Şərhlər:

  1. UMNAYA dedi ki:

    cox sag ol baciwqa,yazan ellerin yorulmasin.maraqliydi

  2. IzYuMinKa dedi ki:

    cox sag ol interesno ya_za

  3. Rena_786 dedi ki:

    Я тоже за..)) Ayselka Спасибо smile ok

  4. BadBoy dedi ki:

    Cox sag Ol Minnetdaram…

  5. МиниК_Сердце dedi ki:

    cox sag ol