Islamda en boyuk gunahlar

Islamda en boyuk gunahlar

“Qiyamət günü hər kəsin əməl dəftəri qarşısına qoyulacaq. Ya Məhəmməd! O zaman günahkarların orada yazılmış öz pis əməllərindən onlara görə veriləcək cəzadan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!». Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (“Kəhf” surəsi, 49)

1.Allaha şərik qoşmaq

Böyük günahların ən böyüyü şirkdir. Şirk Allaha şərik qoşmaq, Allahdan başqa ilahi olduğuna inanmaqdır. Yəni Allahın bir ortağı olduğunu qəbul etməkdir. Bu mənadakı şirk yalnız böyük günah deyil, eyni zamanda kafirlikdir. Qurani-Kərimdə belə buyurulur: «Sizin Tanrınız tək olan Allahdır. Ondan başqa Tanrı yoxdur. O, rəhmli və mərhəmətlidir» («Əl-Bəqərə» surəsi, 162). Allaha ortaq qoşan insan ən böyük günaha batmışdır. Buna görə tövbə etmədiyi müddətcə Allah-Təala onu bağışlamaz. «Nisa» surəsinin 48-ci ayəsində belə buyrulub: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur». İbadət yalnız Allaha edilir. Ona edilən ibadətə başqasını ortaq etmək şirkdir. Bəzi insanlar özləri də bilmədən bu günaha batır. Onların Allah üçün olan hörmət və təzimin oxşarlarını insanlara da edirlər. Halbuki hər gün beş vaxt qıldığımız namazın hər rükətində oxuduğumuz «Fatihə» surəsində: «Ey Rəbbimiz! Biz yalnız Sənə ibadət edirik və Səndən kömək diləyirik» deyirik.

2.Adam öldürmək.

Bu, Allah-Təalanın ən gözəl şəkildə yaratdığı və kainatdakı hər şeyi xidmətinə verdiyi insana haqsız yerə qıymaqdır. Dinimizə görə hər kəs yaşamaq hüququna sahibdir. Bu hüququ insana böyük Allah vermişdir. İnsanı bu hüququndan məhrum etməyə Allahdan başqa heç kimin səlahiyyəti yoxdur. Buna görə də başqasını haqsız yerə öldürən insan böyük günaha batmış olur. Çünki Allah-Təala: «Allahın haram buyurduğu Cana haqsız yerə qəsd etməyin», -deyə buyurmuşdur («İsra» surəsi, 33). İnsanın öz canına qəsd etməsi, yəni intihar etməsi də böyük günahdır. Peyğəmbərimiz (s.ə.s) buyurur: «Kim kəskin bir alətlə özünü öldürsə, o Adama cəhənnəm atəşində həmin alətlə əzab veriləcək».

3.Namuslu qadınlara böhtan atmaq.

Böhtan bir insanın eləmədiyi şeyi elədiyini və ya söyləmədiyi sözü söylədiyini iddia edərək ona qara yaxmaqdır. Qurani-Kərimdə belə buyrulur: «Ey insan! Bilmədiyin bir şeyin dalınca getmə. Çünki qulaq, göz və ürək sahibinin etdiyi əməl, dediyi söz barəsində sorğu-sual olunacaqdır». Namuslu bir qadına böhtan atmaq onun həyatını məhv edər. Çünki ismət qadının ən qiymətli varlığıdır. Böhtan onu yerlə-yeksan edər. Günahsız insanların əzab çəkməsinə səbəb olmaq çox pis hərəkətdir. İnsan özünə olmasını istəmədiyi bir şeyi başqasına da etməməlidi

4.Təkəbbür.

İnsanın özünü bəyənməsi və başqalarının yanında lovğalanması təkəbbürdür. Özündən razı olan adamı Allah sevmədiyi kimi, insanlar da sevməzlər. Qurani-Kərimdə təvazökarlıq təriflənmiş, təkəbbür, yəni özündən razılıq və lovğalıq pislənmişdir. Allah-Təala buyurur: «Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!» («Lokman» surəsi, 18). Başqa bir ayədə isə buyurulur: «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir» («Qəsəs» surəsi, 83). Peyğəmbərimiz də (s.ə.s) belə buyurur: «Cəhənnəmlikləri sizə xəbər verimmi? Onlar Daşürəkli, malını xeyir işdən əsirgəyən təkəbbürlü insanlardır».

5.Ata-ananın üzünə ağ olmaq.

Müsəlmanın iki əsas vəzifəsi vardır: yalnız Allaha ibadət etmək və Onun yaratdıqlarına şəfqət və mərhəmət göstərməkdir. Ata-anaya xüsusilə qocaldıqları vaxt edilən xidmət insanın Cənnətə girməyə layiq görülməsinə, əksi isə Cəhənnəmə girməsinə səbəb olur. Peyğəmbərimiz (s.ə.s): «Başı daşdan daşa dəysin, yenə başı daşdan daşa dəysin», – deyə buyurmuşdur. Ondan kimin, deyə soruşduqda: «Ata-anasından ikisinin və ya birinin yaşlandığı vaxtda köməyinə yetişib, Cənnətə getməyənin», – deyə cavab vermişdir.

6..Yalan və yalançı şahidlik.

Xətir və ya mənfəət üçün məhkəmədə yalançı şahidlik etmək böyük günahdır. Çünki yalançı şahid ədaləti zədələyir, haqqın tapdalanmasına və günahsız insanların əziyyət çəkməsinə, zərər görməsinə səbəb olur. Şahidlik etdiyimz şikayətçi yaxınlarımız, sevdiklərimiz də olsa, yenə şahidliyi Allah üçün etməli və doğrunu söyləməliyik. Qurani-Kərimdə belə buyurulur: «Ey iman gətirənlər! Şahidliyiniz özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışın Allaha şahid olun!» («Nisa» surəsi, 135).

Calisin bu emellerden uzaq olun.

Crazy

Şərhlər:

  1. BadBoy dedi ki:
    Bunu Bilmey Bizim Borcumuzdu Cox Sag Ol Zehmete Gore
  2. reyhan dedi ki:

    coxxxxxxxxxxx saq ol baciwka maraqli hemde lazimli xeber idi!!!!!!!!!!!!!twk applause

  3. Melekcik dedi ki:
    ALLAH razi olsun bele gozal xebere gore
  4. Cristi dedi ki:

    COX SAGOL. ALLAH RAZI OLSUN!!!!! angel

  5. _Aynur_ dedi ki:

    Xebere gore coooox saq ol baciwkam ALLAH razi olsun…

  6. Deli_oglan dedi ki:

    Cox sagol Allah senden razi olsun.

  7. New_Moon dedi ki:

    \"Qiyamət gьnь hər kəsin əməl dəftəri qarşısına qoyulacaq\"Xebere gore Sagolun minnetdaram applause

  8. Gunes dedi ki:

    xebere gore sag olun

  9. Leonel-207 dedi ki:
    cox sag ol xebere gore…Allah razi olsun…..
  10. FemiNistiKa dedi ki:

    «Sizin Tanrınız tək olan Allahdır. Ondan başqa Tanrı yoxdur. O, rəhmli və mərhəmətlidir» TwK maraqli xebere gore girl_ang

  11. Single Girl dedi ki:

    Chox saqol Canim menim…Inwallah Allah bizide cennet ehlinden eder…! Amin!

  12. QEMLI_GECE dedi ki:

    COX SAGOLUN ………

  13. Suphenallah dedi ki:

    Cox sag ol Niquw

  14. BalaM dedi ki:

    Crazy twk Allah razi olsun

  15. meymunka dedi ki:

    Allah razi olsun senden canikom menim….Nigushum….Birdenem teshekkurler.Bele xeberler saytda cox vacibdir!

  16. QENKA dedi ki:

    Xebere gore twk… Allah razi olsun… Allah hamimizin gunahlarini bagishlasin… Amiinnn… Inshallah….. twk