Son Anda Gələn Yardım

Son Anda Gələn Yardım

Qiyamət qopmuşdu. Qeyri-adi bir izdiham var idi. Hər yer insanlarla dolu idi. Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimisi sağa-sola qaçır, kimiləri yerdə diz çökərək başını əllərinin arsında gizləyirdi.
Sanki ürəyi yerindən çıxacaqdı…. Soyuq tər basmışdı. Dünyada ikən qiyamət, sorğu-sual və tərəzi haqqında çox şey eşitmişdi. Ancaq məhşər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Hər kəs öz növbəsini gözləyir və novbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı. Növbə ona gəlib çatmişdı. Onun adını çəkmişdilər. Təşviş içində sağa-sola baxır. Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? –deyir.
Izdiham birdən aralanır qarşısında bir yol açılır. Iki nəfər qollarına girir. Bunlar məhşər meydanının xidmətçiləri idi. Izdihamın arasından çaşqın baxışlarla keçir. Meydanın mərkəzinə gəlirlər. Xidmətçilər yanından uzaqlaşırlar. Başı önünə əyilir… Bütün həyatı gözlərinin onundən gəlib-keçir. öz-özünə:
-Şükür olsun, gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insaları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas yanaşır, dostları ilə dini söhətlər təşkil edir, malıniı Islam yolunda xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman onlar kimi oldum. İnsanlığa xidmət etməyə çalışdım, onlara Allahdan danışdım. Namazımı qıldım, orucumu tutdum. Fərz olan nə varsa, yerinə yetirdim, haramlardan uzaq durdum….
Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü. Öz-ozünə:

-Rəbbimi sevirəm, heç olmasa sevdiyimi düşünürəm,-deyirdi. Amma bir tərəfdən də:
-“Onun üçün nə etsəm, yenə azdır, bu mənim cənnəti qazanmzğıma kifayət etməz. Yeganə umidim Allahın bağışlaması və rəhmətidir,” –deyə düşünürdü.

Hesab çox uzun çəkdi. Qorxudan mucuq-muncuq tər tokur, tir-tir titrəyirdi. Gözləri tərəzinin millərində qalmışdı. Nəticənin nə olacağını gözləyirdi. Nəhayət, oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər. Höküm veriləcəkdi. Öncə adı oxundu. Artıq ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini yumub həyacan içində hökmü gozləyirdi. Birdən məhşərdəki izdihamdan bir uğultu qopdu. Qulaqları səhvmi eşidirdi, nədir? Onun adi “Cəhənnəmliklər” siyahısında oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı. “Ola bilməz” –deyə qışqırdı. Qalxıb sağa-sola qaçmağa başlayır. Hıçqıraraq: “Mən necə cəhənnəmlik ola bilərəm? Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Onlarla bərabər insanlara Rəbbimi tanıtmağa çalışmışam”. –deyirdi.

Göz yaşları titrəyən vücudunu islatmışdı. Məhşər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn cəhənnəmə tərəf aparmağa başladılar.

Xidmətçilərin qolları arasında çırpınırdı… bir qurtuluş yox idimi? Bir yardım edın olmayacaqdımı? Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmlər süzülməyə başladı… “Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?” Ağlaya-ağlaya yalvarırdı. Alova yaxınlaşmışdılar. Başını geriyə çevirdi. Son çırpıntıları idi.
Rəsulullah (sallallahu aleyhi və səlləm): “Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə beş dəfə yuyunsanız, üzərinizdə heç kir qalarmı? Namaz da belədir. Allah onun sayəsində bütün günahları silər” buyurmamışdımı? Son dəfə “Namazlarımdamı mənim dadıma çatmayacaq?” –deyə düşündü və “Namazlarım….” deyə hıçqrdı.
Xidmətçilər isə onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirirlər. Alovların istisi uzunu qarsmağa başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı. Artıq gözlər də qurumuşdu. Ümidini tamam itirmişdi.

Qollarını sıxan əllərin boşaldığını hiss elədi. Qolları yanına düşdü. Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir anda uçurumun dibinə yumarlandı. Alovların içərisinə doğru surətlə düşürdü. Bir neçə metr düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu hiss etdi. Başın qaldırıb yuxarıya baxdı. Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi. Qoca onu yuxarıya doğru qaldırdı. O, üst-başının tozunu təmizlədikdən sonra soruşdu:

-Siz kimsiniz?

-Mən sənin Namazlarınam.!

-Bəs niyə bu qədər gec gəldin məni xilas etməyə? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm.

Qoca acı-acı gülümsünərək başını yellədi:

-Sən məni həmişə axıra saxlayırdın, xatırladınmı??

Gözlərini açdığı zaman yatağında idi. Qan-tər basmışdı. Dərindən bir ah çəkdi və “Əlhəmdulillah, çox şükür ki, yuxu imiş” –dedi. Sonra çöldən gələn səsə qulaq asdı. Gecə əzanı oxnurdu. Ox kimi yeridən sıçradı: Dəstəmaz alacaqdı…

OXUYUB FIKIRLERINIZ BILDIRMEYI UNUTMAYIN !!!



Crazy

Şərhlər:

  1. SEVQILIM dedi ki:

    oxudum axira qeder ellerinize saglik cok maraqliydi bundan ders goturmek olar heart

  2. Crazy dedi ki:

    Oxuyub reyini bildiren her kese oz minnetdarligimi bildirirem

  3. Avtosh_227 dedi ki:
    cox sagol.ALLAh razi olsun.minnetdaram.maraqli xeber idi…
  4. Cristi dedi ki:

    SAGOL BACIW MARAQLI XEBER IDI!!! applauseALLAH RAZI OLSUN!!!

  5. Melekcik dedi ki:

    Sitat: Admin
    ALLAH boyukdur ALLAH insan acdigi elleri hec vaxt geri qaytarmir…


    beli

  6. BuBLiK dedi ki:

    ALLAH razi olsun!

  7. LALA96 dedi ki:

    NAMAZ QILMAYANLARA ESIL DERSDIR

  8. Angelocka dedi ki:
    heart Crazy heart
    Nigguwummm heyatimmm menim..Allah ureyine gore versin..Cox sagol birdenem.Maraqli xeberini bizimle paylawdigin ucun minnetdaram..Burdanda gorunur ki Allah boyuk ve qudretlidi..Onun edemeyeceyi wey yoxdu..Allahini tanimiyan insan deyil..
  9. QEMLI_GECE dedi ki:

    marali idi twk ellerine salik

  10. LowRider dedi ki:

    bunu oxumuwdum cox super idi indi burdada oxudum lap lezzet eledir twk

  11. BalaM dedi ki:
    Cox sagol Ellerine Saglik
  12. Admin dedi ki:

    ALLAH boyukdur ALLAH insan acdigi elleri hec vaxt geri qaytarmir…

  13. Melekcik dedi ki:

    4ooooox saol heqiqeten 4ooooox maraqli hekaye idi axira qeder oxudum ellerine salik

  14. BadBoy dedi ki:

    Allah Razi Olsun Dostik…

  15. girl_from baki dedi ki:

    Niqusum cox sag ol

  16. Firuze dedi ki:

    Men bunu bilirdim…Cox sag ol Dosdik ela….