Uşağın Şəfası


İflic Xəstəliyinə tutulmuş körpə uşağın şəfası

Ömrünün 20 ilini müqəddəs Cəmkəran məscidində xidmətçi işləyən, bu məscidin görkəmli heyət üzvlərindən biri belə söyləyir:
1971-1972-ci illər idi. Dəqiq yadımda deyil. Cümə axşamı həmişəki kimi məscidə getmişdim. Qədim İran məscidinin qarşısında, məscidin işçilərindən biri mərhum Hacı Ebülqasim ağanın yanında oturmuşdum. O, balaca xüsusi dükanın içində qəbz verib, pul alırdı. Məğrib və işa namazı qurtardı. Cəmiyyət az-çox gəlib-gedirdi. Həmin vaxtda bir xanım bizə yaxınlaşdı. O, təqribən 12-13 yaşında görünən qızının əlindən tutmuş və 9 yaşında da görünən oğlan uşağını qucağına almışdı. Oğlanın ayaqları iflic idi. Onlara diqqətlə baxdım və dedim: Buyurun, nəsə işiniz vardır?
Xanım salam verdi və mən də salamın cavabını aldım. O heç bir müqəddimə olmadan dedi: «Əgər imam Zaman (e) uşağıma bu gecə şəfa versə, 5000 tümən pul nəzir verərəm. İndi isə istəyirəm hələlik 1000 tümən verəm!»
Mən dedim ki, xanım, imtahan edib yoxlamağa gəlmisən?
O, cavab verdi ki, bəs mən nə edim?
«Qətiyyətlə de ki, bu 5000 tümən pulu nəzir edir və övladıma şəfa istəyirəm!»
Xanım bir az fikirləşdikdən sonra dedi: «Çox yaxşı, qəbulumdur.»
5000 tüməni verdi və qəbz alıb getdi. Bu söhbətdən 3-4 saat keçmişdi. Söhbəti həqiqətən unutmuşdum. Gecənin axırı idi. Bir qadın mənə yaxınlaşdı. Amma bu dəfə o, qızıyla bərabər oğlan uşağının da əlindən tutmuşdu. Əvvəlcə mənə elə gəldi ki, qabaqcadan qız uşağını görmüşəm. Amma yadıma düşmədi. O, dayanmadan bizə dua edib deyirdi: «Allah sizə uzun ömür versin, Hacı ağa, Allah inşallah sizi müvəffəq etsin!» Dedim: – Nə olub xanım? Dedi: – Bu uşaq həmin uşaqdır ki, gecənin əvvəlində sizin yanınıza gələndə qucağımda idi. Xanım uşağın ayaqlarını göstərdi. Tamamilə sağalmışdı. İflic və zəiflikdən əsər-əlamət qalmamışdı. Xanım dedi: – Sizi Allaha and verirəm, heç kəs bunu başa düşməsin! Dedim: Bacı, bu cür hadisələrlə biz tez-tez üzləşirik. O söylədi: – Gələn həftə inşallah atası ilə gələcəyik və bir qurbanlıq qoyun da gətirərik. Sağollaşdı və getdi. Növbəti həftə onlar gəldilər və qurbanlıq qoyun da gətirmişdilər. Qoyunu kəsdilər və bizə də təşəkkür etdilər. Mən uşağın özünü gördüm və qucaqlayıb öpdüm. Beləliklə, bu həqiqətin canlı şahidi oldum.

Allah böyükdür və o hər bir möcüzəyə qadir Allahdır..!!!

esmeralda

Şərhlər:

  1. Admin dedi ki:

    Heqiqeten ALLAH cox boyuk ve rehmlidir.BU xeber cox gozel oldu. Yewekkurumu bildirirem muellife

  2. KIVANC dedi ki:

    TESEKKUR MİNNETDARAM SAG OL ALLAH KOMEK OLAR İNSALLAH…

  3. MILAQROS dedi ki:

    esmeralda,
    cray sagol

  4. esmeralda dedi ki:

    werhlere gore vsem tewekkurlerimi bildirirem

  5. IzYuMinKa dedi ki:

    Esmeralda thanksssss… ok

  6. Rena_786 dedi ki:

    esmeralda Спасибо, smile Allah bцyьkdьr

    ok