Xristian dini haqqında

Xristian dini haqqında


Xristianlıq (isəvilik) hal-hazırda dünyada ən geniş yayılmış dini inanc sisteminə verilən ümumi addır.
Xristianlıq bir din olaraqdan Qərb yarımkürəsində yayılmışdır ancaq onun yarandığı yer, bütün monteist dinlərin vətəni olan Orta Şərqdir. Bu din müasir qərb mədəniyyətinin mənəvi dəyərlərinin əsas resurslarından biridir. Hazırda dünyada 2 milliarda yaxın Xristian vardır. Bu dinin yaranması və xoş xəbərin yerə gəlməsi bizim era hesabı ilə Rəbbin insan şəklində yerə gəldiyi gündən keçən ilk 100-200 il ərzində baş vermişdir.

Xristianlıq əsrlər uzunu tarixi olan və zaman-zaman parçalanan din olduğundan (başqa dinlərdə olduğu kimi) onu bu gün tamamən vahid bir dini inanc sistemi olaraq xarakterizə etmək çətindir. Başlıca olaraq Xristianlıq deyildikdə əslində üç budaq başa düşülər 1) Katoliklik 2) Pravoslavlıq və ya Şərq ortodoksiyası 3) Protestantizm.

Bunun yanısıra bütün əsas vəaz-çox qədim tarixə malik olan, belə demək mümkünsə, klas və içtimaiyyət tərəfindən bidət (heresy) görülməyən budaqları aşağıdakı özəlliklərə malikdir:
1) İsa deyilən bir varlığın doğulduğu və bu varlığın Yaradanın özünün insan şəklində yerə gəlməsi kimi qəbul edirlər.
2) İnsanın təbiətən günahlı olduğunu az-çox qəbul edərlər və Rəbbin yerə insanı məhz bu günahlılıqdan qurtarmaq üçün gəldiyini və bunun da Rəbbin insanlara olan sevgisindən qaynaqlandığına inanırlar.
3) İsanın insanın günahları üçün çarmıxa çəkildiyini və sonra daə dirilib əbədi hökmrlanlıq üçün göyə qalxdığına inanırlar.
4) Yaradanın tək olduğuna və eyni zamanda üç şəxsdə təsəccüm etdiyinə inanırlar.
5) Ölümdən sonra həyatın olduğuna və insanların bu dünyadakı seçimlərinə görə o dünyada əbədi həyata və əbədi cəhənnəmə layiq görüləcəklərinə inanırlar.
6) Əsas müqəddəs vəhy mənbəsi kimi Bibliyanı-müqəddəs kitabı qəbul edərlər.
Beləliklə, bu əlamətlər özünü Xristian hesab edən və çoxluğun da belə gördüyü, az-çox qədim tarixə malik bütün Xristian budaqlarında var.

esmeralda

Şərhlər:

  1. esmeralda dedi ki:

    duzdur biliremki indi bu xebere werh yazanlar hamisi deyecekki bu neid rele hele ..eger siz oz dininize hormet edirsizse bawqa dinnlerede hormet etmelisiz ..onu da deyimki İsa da Allahın elзisidir!!!

  2. Admin dedi ki:

    esmeralda,
    Elbetde dostik bu beledir.Kim deyirse onu onun bawi catmir.Her bir dinin oz xususiyyeti vardir

  3. Rena_786 dedi ki:

    спасибо esmeralda, ok

  4. MILAQROS dedi ki:

    esmeralda,
    pasibo milaya ooooooooocccc interesno

  5. BadBoy dedi ki:

    Maragli idi Cox sag Olun Minnetdaram Sizlere….

  6. fanya_ya dedi ki:

    thanks xebere gore