ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ

ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız. Xisal /322.2.

 

İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xaliqi əzəmətlə yad etməyiniz məxluqu gözünüzdə kiçildər. Nəhcül-bəlağə, kəlimati-qisar/129.3.

İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin. Biharul-ənvar/77/289.4.

 İmam Əli ibni Hüseyn əleyhissalam buyurur: Mö`min bəndədə üç xasiyyət olarsa həlak olmaz: Allahdan başqa heç bir mə`budun olmamasına şəhadət vermək, Onun şəriki olmadığına inanmaq, Rəsuli-əkrəmin şəfaətinə və Allahın rəhmətinin genişliyinə inanmaq. Səfinətul-bihar/517.5.

İmam Səccad əleyhissalam buyurur: Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən! İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur. Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim üçün üç şey əta et: Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə… Biharul-ənvar 90/187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə /572.6.

İmam Sadiq əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.) Biharul-ənvar /70/25.7.

İmam Sadiq əleyhissalam buyurur: Bizim şiələrimiz o şəxslərdir ki, xəlvətdə olarkən Allahı çox-çox yad edərlər (yə`ni günaha batmağa heç bir maneə olmadıqda Allahı yad etmək onun günah etməsinin qarşısını alır). Biharul-ənvar /93/162.

 İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın. Üsuli-kafi/2/426.

 İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar. Səfinətul-bihar /2/180.

qeribelik

Şərhlər:

  1. Cristi dedi ki:

    Coxxxxxxxxxxxxx sagol baciw!!!!

    opucuk

  2. АнгелоЧек dedi ki:

    teshekkur ALLAH RAZI OLSUN

  3. Melekcik dedi ki:

    4ox sagol bacim ALLAH razi olsun

  4. Suphenallah dedi ki:

    Cox sag ol ay bir denem Bilmirem nece tewekkur edim Muselmana deyilen en gozel cumle,tewekkur Allah senden razi olsun Aminnnnn

  5. bakili balasi dedi ki:

    Allah razi olsun ellarin dard gormasin

  6. Admin dedi ki:

    ALLAHIM SENDEN COOOOOOOOX QORXURAM 🙁

  7. Leonel-207 dedi ki:

    İmam Hьseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna gцrə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar. Səfinətul-bihar /2/180.

    Allaha savabina yazar..inshallah….. cox sag ol…..

    İmam Hьseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna gцrə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar. Səfinətul-bihar /2/180.

    Allaha savabina yazar..inshallah….. cox sag ol…..

  8. qeribelik dedi ki:

    rey yazan her kese sonsuz minnetdarlıq.var olun

  9. Firuze dedi ki:
    Allah razi olsun…….

    opucuk

  10. Crazy dedi ki:
    BAcisim cox cox sag ol .Allah razi olsun.Cx beyendim Birdaha sag ol Gunel
  11. QEMLI_GECE dedi ki:

    twk xebere gore allah razi olsun senden dosi

  12. El3ktra dedi ki:

    Tesekkurler.ALLAH razi olsun… gul

  13. _Aynur_ dedi ki:

    Maraqli xebere gore cox sag ol!!!

  14. BadBoy dedi ki:

    Allah Razi Olsun

  15. BalaM dedi ki:
    Baci cox sagol ellerine saglik give_rose
  16. DaviDoFF dedi ki:

    cox saol ALLAH razi olsun,.

    cox saol ALLAH razi olsun,.

  17. Avtosh_227 dedi ki:

    qeribelik

    dostik cox sagol.heqiqeten super dini xeberler salirsan sayta.cox beyenirem senin dini xeberlerini.cox sagol…ellerine sagliq…ALLAH razi olsun…
  18. BuBLiK dedi ki:

    ALLAH razi olsun!

  19. FemiNistiKa dedi ki:

    coox sagol bele maraqli xebere gore flower

  20. МиниК_Сердце dedi ki:

    Tesekkur.ALLAH razi olsun..