Eşq hekayəsi

E351;q hekay601;si

Eşq hekayəsi

Demək ki,sevgimiz bura qədərmiş? Mən indi sənsiz necə yaşayacam? Sənsiz bu həyatda yaşamaq mümkün deyil.Sən getdin deməli mənim həyatım da burda sona çatdı.Çünki sənsiz həyat mənə lazım deyil. Sən getdin daha mənim gecələrimdə ay,gündüzlərimdə günəş olmayacaq,çünki mənim günəşim də ayım da sən idin,sən olaraq da qalacaqsan.Mənim həyatıma səndən başqası daxil ola bilməz.

Sən çıxıb gedəndən sanki sevinc də xoşbəxlik də məndən qaçır,bircə gün də olsa üzüm gülmür.Bütün günü tək başına dolaşıram,dərdlərimlə baş-başa qalmışam.Özümə bir dərd ortağı axtarmırdım,buna ehtiyacım da yox idi.Çünki mənim dərdlərimi səndən başqa heç kim anlaya bilməz,anlasa da çarə tapa bilməz.Çünki mənim dərdimin tək çarəsi sənə qovuşmaq idi.Sən isə eeeh . . . . . . nə isə.

Gedərkən hüç düşündünmü ki, məni kimin umuduna qoyub gedirsən? Məni səndən başqa kim sevəcək,kim əzizləyəcək? Nədənsə sən məni anlaya bilmədin.Sənin məni anlaya bilməyin üçün çox zaman keçməsi gərəkdir gülüm.Bəlkə bir gün tanışların birindən mənim necə biri olduğumu öyrənib üzülərsən,bir anlıq da olsa məni üzüntü içində xatırlayarsan.Üzülmə sənin üzülməyinin istəmirəm.qıya bilmərəm səni göz yaşlarına.Heç olmasa hərdən məni xatırla,bir anlıq da olsa məni yada sal bu mənə yetər.Amma məni xatırlayanda gözlərin dolmasın,ağlama. Ağlama göz bəbəyim çünki sənin peşmançılıq içində dolan gözlərini silən əllər olmayacaq.

Sənsiz günlərdə küçələrdə tək başına dolaşarkən yoldan keçən hər gözəlin gözündə səni axtarırdım,hər qızın səsində sənin səsini duymağa çalışırdım.Çox çalışdım amma olmadı.Heç kəs sənin yerini vermədi,məni səndən başqa dünyanın xoşbəxtinə çevirəcək birinə rast gəlmədim.Ola da bilməz,heç kəs səni əvəz edə bilməz.

Çox istərdim səninlə xoşbəxt bir həyat yaşayım amma nədənsə tale buna imkan vermədi,bizi öz toruna saldı və qönçə çiçək kimi dünyaya təzəcə göz açmış sevgimizi soldurdu.Nə etmək olar görünür qismət belə imiş.İndi həm sən həm də mən bu həsrətdən için-için yanırıq.Sən yanımda yoxsan amma mən səni hər zaman xatırlayacağam.Səninlə keçən ən gözəl günüm hansıdır deyə düşünəndə xəyallarım məni bir qədər uzağa,ötən illərə aparır.Çünki mən səni həmişə əvvəl olduğun kimi xatırlayıram.

İndi bəlkə də yatmısan,bəlkə yatağında dirsəklənib mənim sənə söylədiklərimi.bəlkə də yaşadıqlarının bir yalan olduğunu düşünürsən.Onsuz da həyat vəfasızdır,heç olmasa sən vəfasız olma.Gəl qayıt geri,bil ki mən hər zaman sənin ylunu gözləyirəm.Hər gün görüş yerimizə gedib sənin xəyalınla danışıram,bununla özümə təsəlli verirəm.Bilirəm sən yanımda yoxsan amma mən sən varsan kimi davranıram.Hətta başqası ilə ailə qurub xoşbəxt bir həyat yaşasan da mən yenə sənin yolunu gözləyəcəm.Bilirəm gəlməyəcəksən amma bil ki mən hər zaman orada olacağam. Hər bir-birini sevən və əl-ələ tutub bir gəzən iki gənc görəndə səni xatırlayacam.Çünki bir zamanlar biz də bir-birimizi dəlicəsinə sevirdik və hər gün əl-ələ tutub birgə gəzirdik.Onda elə düşünürdük ki həyat sanki bizim üçün yaranıb.

Hər şeyin bir sonu olur deyiblər,amma düz deyiblər.Əvvəllər buna inanmırdım,amma artıq buna inanıram.Çünki bir vaxtlar dünyaya təzəcə göz açmış sevgimiz qəflətən bir anda soldu,yəni onun da ömrü sona çatdı.İndi səndən son bir xahişim var: gözlərinin güldüyü an, dilindən sevgilim sözü çıxan zaman bir anlıq da olsa məni xatırla.Bilki,bizim sevgi heç vaxt unudulmaz gülüm,heç vaxt unudulmaz . . . !

Fikirlerinizi bildirmeyi unutmayin !!!

Deli_oglan

Şərhlər:

  1. Single Girl dedi ki:
    Chox Gozel hekayeydi kash hami bele severdi …Teshekkurler…!

  2. emrah dedi ki:

    bil ki, bizim sevgimiz hec vaxt unudulmaz gulum …….hec vaxt unudulmaz…………………; cry cox kovreldim ……………..xebere gore yerivar

  3. Cristi dedi ki:

    Coxxxxxxxxxxxxxxxxxxx sagol qaqaw!!!! Maraqli xeber idi!!!! applause

  4. _Cinbala_ dedi ki:

    cox sagol gozel hekayeye gore

  5. Avtosh_227 dedi ki:
    qaqam sevgi menlik olmadigina gore.sevgi xeberleri de menlik deyil qurban sene.eziyyetine ve emeyine hormet.cox sagol.ellerin var olsun bratik…
  6. bakili balasi dedi ki:

    maraqli idi qaqawim ellarina saglik applause

  7. buz_qelb dedi ki:

    applause cox,coooox maraqli idi wirin

  8. qeribelik dedi ki:

    BİRAZDAN OXUYACAM.EZİYYETE TSKLER

  9. Melekcik dedi ki:

    maraqli hekayedi 4ox saol

  10. El3ktra dedi ki:

    Gedende hec donub geriye de baxmadi.Halbu ki sevirem deyirdi….
    Delisiyem sevgi xeberlerinin.Menden 5*

  11. FemiNistiKa dedi ki:

    Maraqli hekayedi twk flower

  12. BalaM dedi ki:
    Deli_oglan cox sagol qemli hekayaidi(( give_rose
  13. _Aynur_ dedi ki:

    Tewekkur maraqli hekayeye gore.

  14. QEMLI_GECE dedi ki:

    maraqli hekaye idi twk

  15. girl_from baki dedi ki:

    gozel hekayedir cox sag ol

  16. Black_Boy dedi ki:

    sag ol qaqam menim men oxumuwdum bunu senin elinden nece deyerler cox gozel bir hekaye

  17. QeMLi AuS(( dedi ki:

    can gozle hekayedi kaw menide bele severdiler