Ardında qoyduğun səssizliyi dinləyirəm..

Ardında qoyduğun səssizliyi dinləyirəm..

Yoxluğun bəsdi bu kənddə bugün, ama toxunmadı mənə. Aydınlaşdıra bilmədi yoxluğunun qaranlığını. Baxışların var idi kəndin hər bir tərəfində, ama bədbəxtliyimin izlərini ala bilmədi gözlərimdən. Qəlbinin səsi vardı, hər bir küçə başında, ama içimdəki ümidsizlikləri yoş edə bilmədi. Sən var idin bu gün mənim kəndimdə, yaxınımda, ama içimdəki sənsizliyi yox edə bilmədin.

Başladığım yerə geri qayıtdım yenə. Mübtədası olduğun cümlələri doldurub bir çamadana, heç gəlməmiş bir qatarla yola saldım qəlbimdən. Çəkildim qəlbimin ən xəlvət yerinə indi, yanımda tənhalığım. Ardında qoyduğun səssizliyi dinləyirəm. Ətrafıma baxıram… Sənsiz bir xoşbəxtlik görə bilmirəm… Sən gedəndən sonra, ruhumda qocaman boşluqlar açıldı… Mən sənsizliyi sevmirəm əslində…

 

Gözyaşlarımı qəlbimdə toplayıram, hər sənə məğlub olduğumda, açıb baxıram… Hər sənin üçün darıxdığımda, sənə qaçıram. Dayanıb seyr edirəm səni, adımı sildiyin yerdən. Dodağının kənarından öpürəm, susursan… Səssizcə sarılıb sənə, gedirəm, tənhalığımın ən tənha yerinə.

Artıq içimin ağılarına toxunma ey qandalları hökümlü külək! Neçə ölüm düşdü dustaq gündəliyimə… Keçmişinə söyülmüş bir hökmün yerinə yetirilişində təxirə salındı gülüşlərim. İndi hər gülüşümdə üzüm çirklidir. Qaçarkən yırtıldım yenə

Mən bütün yaralarımı, xoşbəxtliyin içindən keçərkən aldım əslində…

balaca

Şərhlər:

  1. Dj_Robot dedi ki:

    Sagol oxudum tewekkur

    EHHHHHHH SEVGI

    heart heart heart
  2. rihanna dedi ki:
    Başladığım yerə geri qayıtdım yenə. Mьbtədası olduğun cьmlələri doldurub bir зamadana, heз gəlməmiş bir qatarla yola saldım qəlbimdən. Зəkildim qəlbimin ən xəlvət yerinə indi, yanımda tənhalığım. Ardında qoyduğun səssizliyi dinləyirəm. Ətrafıma baxıram… Sənsiz bir xoşbəxtlik gцrə bilmirəm… Sən gedəndən sonra, ruhumda qocaman boşluqlar aзıldı… Mən sənsizliyi sevmirəm əslində…

    cox sagol xebere gore.

  3. Cristi dedi ki:

    Yoxluğun bəsdi bu kənddə bugьn, ama toxunmadı mənə. Aydınlaşdıra bilmədi yoxluğunun qaranlığını. Baxışların var idi kəndin hər bir tərəfində, ama bədbəxtliyimin izlərini ala bilmədi gцzlərimdən. Qəlbinin səsi vardı, hər bir kьзə başında, ama iзimdəki ьmidsizlikləri yoş edə bilmədi. Sən var idin bu gьn mənim kəndimdə, yaxınımda, ama iзimdəki sənsizliyi yox edə bilmədin.

    Coxxxxxxxxxx sagol qaqaw!!!! girl_ang

  4. Single Girl dedi ki:

    cox sagol bu sevgi hamimizin axirina cixacaq:)

  5. BadBoy dedi ki:

    =(((Sevgi Sevgi

  6. El3ktra dedi ki:

    Seni de,ardinda qoyub getdiyin sessizliyi de lenetleyirem.Ne sevgine,ne de senden qalan ucuz xatirelere ehtiyacim yoxdur!

  7. Avtosh_227 dedi ki:
    eziyyetine gore cox sagol.qaqawim mene bir wey cox maraqlidir.sen bu sevgi xeberlerini hardan tapirsan hee?hardan tapdigini denen men gedim hemin yeri dagidim da xaxa
  8. meymunka dedi ki:

    Зəkildim qəlbimin ən xəlvət yerinə indi, yanımda tənhalığım. Ardında qoyduğun səssizliyi dinləyirəm. Ətrafıma baxıram… Sənsiz bir xoşbəxtlik gцrə bilmirəm… Sən gedəndən sonra, ruhumda qocaman boşluqlar aзıldı… Mən sənsizliyi sevmirəm əslində...

    Balaca deyesen deyirler toy olacaq))))))Ade menden beshbeter sevgi xeberleri ila yashayirsan))))

  9. BalaM dedi ki:
    balaca cox sagol dosi(((((
  10. QEMLI_GECE dedi ki:

    cox sagol ellerine salik

  11. Melekcik dedi ki:

    gozel sozleri var cox sagol