Dilinizi gunahlardan qoruyun


Insan
hər bir tələffüz etdiyi kəlmə barəsində sorğu sual olunacaq. Allah
təala buyurub: “Xatırla ki, (insanın sağında və solunda onun bütün
əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün)
onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 17-18)

Peyğəmbər (s.ə.v.) dedi: İnsan Allah rizasına bir kəlmə danışar və elə
zənn edər ki, bu kəlmənin heç bir qədir qiyməti yoxdur. Lakin
Allah-Təala bu kəliməyə görə onun dərəcəsini (dünya və axirətdə)
artırar.Həmçinin insan Allahı qəzəbləndirərək bir kəlmə danışar və elə
zənn edər ki, bu kəlmənin heç bir günahı yoxdur, lakin Allah bu kəlməyə
görə ona qiyamətə qədər günah yazar.

Birincisinə misal:şəhadət kəliməsidir (yəni əşhədü ən lə ilahə illəllah
və aşhədü ənnə Muhammədun rəsul Allah demək) Peyрəmbər (s.a v.) dedi:
‘Kimin axır kəlamı Lə ilaha illallah olarsa ,cənnətə daxil olar.’

Baюqa hədisdə də buyurur ki,”Qiyamət günü Allah -təala bir şəxsi
hüzuruna çağıracaq və onun 99 dənə əməl dəftərini çıxarıb ona
göstərəcək. Bu əməl dəftərləri tərəzinin bir gözünə qoyulacaq, günahla
dolu olacaq. Sonra isə tərəzinin o biri gözünə balaca kağız parçasına
yazılmış bir şey qoyulacaq və o da ağır gələcək. Açıb baxanda görəcək
ki ,orada “La ilahə illallah ” yazılıb.

Bir kəlmə (tövbə edib Allahın təkliyinə şəhadət vermək) onun bütün günahlarını bağışladı.

İkincisinə misal: Peyğəmbər (s.ə.v.) bizdən əvvəlkiləri bizə misal
çəkib dedi: Bir nəfər günah edən yoldaşına nəsihət edərdi,o isə onun
nəsihətinə məhəl qoymazdı. Axır bir gün bezib onun haqqında belə dedi:
“Allaha and olsun ki, Allah filankəsi bagışlamayacaq”. Allah onların
ikisini də hüzuruna gətirdi və dedi: “Kimdir mənim əvəzimə deyən ki,
mən filankəsi bağışlamayacağam. Artıq mən onu bağışadım və sənin
əməlini puç etdim”.

Əbu-Hureyra(r.a.a.) dedi:”Bir kəlmə ilə dünyasını və axirətini puç
etdi.Bizdən əvvəlkilərin başlarına gələn pis aqibət bizlərə
nümunədir.Allah-Təala deyir:”Cəhənnəm odu onlarэn üzünü yandırar.Onlar
orda (üst dodaqları başlarının tən ortasına,alt dodaqları isə
göbəklərinə qədər uzanaraq)dişləri ağarmış vəziyyətdə durmuşlar (Onlara
deyirlər:) “Məgər Mənim ayələrim sizlərə oxunmurdumu Siz isə onlarэ
yalan hesab edirdiniz”. Onlar deyərlər:Ey Rəbbimiz! Rəzil taleyimiz
bizə qələbə çaldı və biz haqq yolundan azan camaat olduq.Ey Rəbbimiz
!bizi cəhənnəm odundan çıxart.Əgər bir də (pis işlərə) qayıtsaq
şübhəsiz ki,zalэm olarэq”.(Allah) buyurar:”Orada zəlil,məyus vəziyyətdə
durub qalın və mənə heç bir şey deməyin”(Əl-muminun,104-108).

Peyğəmbərin (s.a.v.)zamanında müsəlmanlardan bəziləri digərinə zarafat
edərək deyərdi:”Bunlar (Hafizlər) bizim aramızda ən çox yeyən,ən çox
qorxan və yalan danışanımızdır.Elə bu vaxt Allah öz ayələrini nazil
etdi”.( Ya Məhəmməd) onlardan (nə üçün belə etdiklərini) soruşsan:”Biz
ancaq söhbət edib,zarafatlaşır,əylənirik”-deyə cavab verərlər.De
ki:”Allaha onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsinizЬzr
istəməyin.Siz iman gətirdikdən sonra artıq kafir oldunuz.Aranızda bir
qismini (tövbə edəcəyinə görə)bağışlasaq da,digər qismini günahkar
olduğu üçün əzaba düçar edəcəyik”(ət-Tцvbə,65-66).

Deməli,dil ilə heç kəsə əziyyət vermək olmaz.

Allah-Təala buyurur:”Allahı,Onun Peyğəmbərini incidənlərə Allah dünyada
və axirətdə lənət eləmiş və onlar üçün həqarətlibir əzab hazirlamışdır!

“Mömin kişiləri və qadınları etmədikləri bir işə görə
incidənlər,şübhəsiz ki,öz üzərlərinə böhtan və açıq-aydın bir günah
götürmüşlər!”

(əl-Əhzab,57-58 )

Ayselka

Şərhlər:

  1. e_s_k_a dedi ki:

    ЖАЛЬ НА АЗЕРБАЙДЖАНСКОМ НЕ ОЧЕНЬ ТО ПОНИМАЮ smiles А ТАК СПАСИБО ИНШАЛЛАХ АЛЛАХ НАС ВСЕХ ПРОСТИТ АМИНЬ

  2. IzYuMinKa dedi ki:

    e_s_k_a, cannn kakie slova te ne ponyatlivi moqu pomoc perevesti yesli cto skaji budu rada pomoc derisive
    Ayselkaaa coooooox sag ol ellerine saglik ok

  3. _AyDaN_ dedi ki:

    ALLAH razi olsun maraqli xeberiydi ibret goturulesi xeberdi cox sagol