Qızın xoşuna gəlmədiyini necə bilmək olar?



Qızın xoşuna gəlmədiyini necə bilmək olar?

Oğlanlar qızla tanışlığa çox vaxt risk kimi baxır. Birdən “yox” deyər, birdən alınmaz?!
Qızla
tanış olub, özünü təqdim edən oğlan hər şeyin geridə qaldığını güman
edir. Əslində isə oğlanların görəcəkləri günlər hələ qabaqdadır. Çünki
qızın marağını qazanıb, daim diqqətində saxlamaq hər oğlanın işi deyil.
Və burdan da suallar başlayır: Görəsən, mən onun üçün maraqlıyam?
Görəsən mənim üçün darıxır? Görəsən mənim yanımda ona xoşdu, ya yox?

Qızın sənin yanında olarkən darıxıb-darıxmadığını təyin etmək üçün bəzi üsüllar var.

Sən qız üçün cansıxıcı və maraqsızsan, əgər o:

1.
Sənin yanında olarkən telefonla oynayır. Bu,maraqlı həmsöhbət
olmamağının göstəricisidir. Düzdür, ilk vaxtlarda qız baxışlarınız
toqquşmasın deyə başını telefonla qatır. Amma bu, davamlı olarsa,
deməli, nə isə qaydasında deyil.


2. Sizinlə telefonda az
danışır. Adətən, qızlar çox danışan olurlar. Əgər qız səninlə danışmağa
“salam-sağ ol”dan başqa söz tapmırsa, təcili sürətdə danışıq
qabiliyyətini təkmilləşdirməlisən.


3. Qız “sən çox yaxşı dostsan” deyir. Bu cümləni eşitməkdənsə yer yarılsa yaxşıdır.

4.
Qız sənin yanında beli əyilmiş vəziyyətdə oturur. Oğlanın xoşuna gəlmək
istəyən qizlar hətta narahat olsa belə kürəklərini düz saxlayıb,
sinələrini qabarıq göstərməyə çalışırlar.


5. O, əvvəlki
sevgililəri barədə bir kəlmə də soruşmur. Bu laqeydlik sənə xoş
gəlməsin. Əgər səni sevsəydi şəxsi həyatın da onun üçün maraqlı olardı.


6.
Səninlə danışan zaman əllərini qoynunda birləşdirir. Psixoloqların
fikirincə həmsöhbət maraqsız və üzücü olan insanlar əllərini
birləşdirir, bununla da ondan aralanmaq istəyini bildirir.


7. O,
sənə asanlıqla “yox” deyir. Çoxları fikirləşir ki, qadın “yox” deyirsə,
deməli,ürəyində”hə” fikirləşir. Amma sən demə bu fərziyyə özünü nadir
hallarda doğruldur. Adətən, razı olan qadın bir-iki “yox”dan sonra hə
cavabını verir və əksər hallarda ciddi deyilmiş “yox” ele etiraz
mənasındadı. Bundan daha pis variant isə “heç vaxt” sözünü eşitməkdir.


8.
Restoranda görüş təyin edərkən yeməyi tez bitirib evə getməyə tələsir.
Halbuki, sevən xanımlar yeməyi ikinci plana keçirib oğlanın necə
yeməyinə və şirin söhbətlərinə aludə olmağı xoşlayır. Əgər o bunu
etmirsə, deməli günah səndədi.


9. Parkda və ya dəniz kənarında
gəzərkən qol-boyun olub, sevişən cütlükləri görəndə onları qınayır. “Bu
nə səviyyəsizlikdir, mən heç vaxt belə şeyə yol vermərəm” deyirsə, əmin
ol bunu o, sənə eşitdirir. Yəni, yaxşı yadında saxla və bu hərkətləri
mənə qarşı etmə. Bəlkə də onun yanında ürəkdən sevdiyi biri olsaydı qız
ya başqa fikirdə olardı yada ən azı susardı.


10. Hər dəfə onu ötürmək və ya görüşmək təklif edəndə həmin günə vacib işi çixdığını deyir ,min bir bəhanə uydurur.

11.
Əgər qız kişilərdə hansı xüsüsiyyətləri bəyənmədiyini açıqlayırsa və bu
əlamətlərin ən azı dörd-beşi-i səndə varsa,bu xoşluqla “bizimki tutmaz”
deməkdir. Məsələn: O, deyirsə ki, yaşca böyük, boyca balaca, çoxuşaqlı
ailənin övladını və ya saqqallı oğlanları xoşlamır və dediklərinin
hamsı səndə varsa, deməli o, elə səni nəzərdə tutur.


12.
nəhayət sənin telefonun saatlarla susursa, mesaj bölümündə ondan gələn
adi bir “necəsən?” kəlməsi yoxdursa, o zaman özün-özünə bir sual ver:
“Sən o qizdan nə istəyirsən?”

АнгелоЧек

Şərhlər:

  1. qeribelik dedi ki:

    SAG OL.AMA BU XBR TEKRARDI.EZİYYETİNE MİNNETDARLIQ

  2. Cristi dedi ki:

    Qız "sən зox yaxşı dostsan" deyir. Bu cьmləni eşitməkdənsə yer yarılsa yaxşıdır

    [center]
    SAGOL BACIW!!! opucuk

  3. BadBoy dedi ki:

    TnX..Xebere Gore Minnetdaram..

  4. Avtosh_227 dedi ki:
    ewi burda ne var eee?men bawa duwmurem.qizin xowuna gelmiremse desin ki,ay muselman xowuma gelmirsen meni narahat etme.burda ne var ki?tewekkurler xebere gore…
  5. DaviDoFF dedi ki:
    Зьnki qızın marağını qazanıb, daim diqqətində saxlamaq hər oğlanın işi deyil

    menim amma iwimdi =))) loool =)))

    cox saol xebere gore emeye hormet =)

  6. QEMLI_GECE dedi ki:

    xebere gore twk,,ele sheylere fikir veren oglan da ne deyim

  7. FemiNistiKa dedi ki:

    Qız \"sən зox yaxşı dostsan\" deyir. Bu cьmləni eşitməkdənsə yer yarılsa yaxşıdır bayaca
    cox sagol xebere gore

  8. Single Girl dedi ki:

    Her shey INsanin ozunden aslidi ve qarwisindaki insanin ona olan diqqetinden Neyse cox sagol bacish ama mene ele geldiki tekrardi bu xeber

  9. dangerous_angel dedi ki:

    xixi tesekkurler)

    1. Sənin yanında olarkən telefonla oynayır.