ETIRAF

ETIRAF

Bu nə cür sevgidir, bu nə cür eşqdir?
Hələ başlamamış sonu görünür.
Səni səndən ayrı düşünən zaman
Qəlbim parçalanıb yüzə bölünür.


Bu ürək bir daha özünə gəlməz
Həyat ona ağır zərbə vurubdur
Məni vurmaq üçün o gözəlliyin
Həyatın əlində silah olubdur.

Əgər məndən ayrı gəzsən bir zaman
Bu qəmli gözlərim yaşla dolacaq
Sevginə qəlbimdə qurduğum saray
Elə həmin anda viran olacaq

Bəlkədə bu sevgi bir tərəflidir
Bəlkədə sən məni heç sevməyirsən
Hər dəqiqə sənin üçün vuran qəlbimin
Bəlkədə ağrısın hiss etməyirsən


Neyləyək bizim ki, bura qədərmiş
Böyük sevgilərin sonu kədərmiş,
Nisgil həyatıma sakit gələn yar,
Bir gün bu həyatdan sakit gedərmiş.


Görürsənmi? həyat çox qəribədir?
Haqqı haqsızlıqda günahlandırır.
Bilmirəm heç mənim günahım nədir?
Həyat məni belə cəzalandırır.


Sənə qarşı olan böyük hisslərim,
Həyatda ikinci məhəbbətimdir.
Onu əzablarla çətin unutdum,
Səni isə unutmaq daha çətindir.

QEMLI_GECE

Şərhlər:

  1. Single Girl dedi ki:

    Cox sagol cox gozel bir weir idi…

  2. Firuze dedi ki:

    Cox sag ol.Ela idi tewekkur edirem

  3. Melekcik dedi ki:

    4ox sagol ellerine salik

  4. Leonel-207 dedi ki:

    sheire gore sag ol qaqash…

  5. QEMLI_GECE dedi ki:

    rey yazan elleriniz derd gormesin eziziler

  6. IzYuMinKa dedi ki:

    cooooox sag ol maraqli xebere gore!!!!

  7. Cristi dedi ki:

    Bu nə cьr sevgidir, bu nə cьr eşqdir?
    Hələ başlamamış sonu gцrьnьr.
    Səni səndən ayrı dьşьnən zaman
    Qəlbim parзalanıb yьzə bцlьnьr.

    Coxxxxxxxxxxxxxxxxxx sagol qaqaw. Maraqli idi!!!!!!!! good

  8. Kor_Ressam dedi ki:

    cox gozel seirdir

  9. BadBoy dedi ki:
    Cox sag Ol Minnetdaram…
  10. BalaM dedi ki:
    cox sagol dosi
  11. FemiNistiKa dedi ki:

    Gцrьrsənmi? həyat зox qəribədir?
    Haqqı haqsızlıqda gьnahlandırır.
    Bilmirəm heз mənim gьnahım nədir?
    Həyat məni belə cəzalandırır.
    Super weirdi twk flower

  12. El3ktra dedi ki:

    Sənə qarşı olan bцyьk hisslərim,
    Həyatda ikinci məhəbbətimdir.
    Onu əzablarla зətin unutdum,
    Səni isə unutmaq daha зətindir.

    Sanki heyatim hekk olunub bu misralara…

  13. New_Moon dedi ki:

    Sənə qarşı olan bцyьk hisslərim,
    Həyatda ikinci məhəbbətimdir.
    Onu əzablarla зətin unutdum,
    Səni isə unutmaq daha зətindir. cry