Hz.Məhəmməd Peyğəmbər (s.ə.s) dən Kəlamlar

Hz.M601;h601;mm601;d Pey287;601;mb601;r (s.601;.s) d601;n K601;lamlar

Peyğəmbər (s.ə.s) buyurur:

«Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın».

«Ey Allah bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz çevirər».

«Din qardaşı ilə üç gündən artıq küsülü olmaq doğru deyil. Üç gündən sonra onunla qarşılaşarsa, salam verib halını soruşmalıdır. O biri də salamı alarsa, birlikdə savaba çatarlar. Əgər salamı almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar».

«Bir-birindən küsülü olan iki adamdan kim əvvəlcə salam verərsə, günahları bağışlanar. Salam verdiyi halda, qarşıdakı salamını almazsa, bu şəxsin salamını mələklər alar».

Peyğəmbər (s.ə.s) buyurur:

«Qeybət etməkdən çəkinin. O zinadan da pisdir. Çünki, zina edən tövbə etdikdə Allah onu qəbul edər, lakin qeybət edənin günahı qeybət olunan onu bağışlamadıqca bağışlanmaz».

«Meracda olduğumda bir qrup insana rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırırdılar. Cəbraildən onların kim olduğunu soruşdum. O, «onlar insanların ətlərini yeyən (yəni qeybət edən) və onların eyiblərini danışanlardır» – deyə cavab verdi».


«Qeybət nədir, bilirsiniz

?». Səhabələr cavab verir: «Ən yaxşısını Allah və Rəsulu (s.ə.s) bilər». : «Qardaşınızın xoşuna gəlmədiyini onun haqqında söyləməkdir». Səhabələrdən biri sual verir: «Əgər söylədiyim xüsusiyyətlər onda varsa, onda necə?». Allahın Rəsulu (s.ə.s) buyurur:«Əgər söylədiklərin varsa, qeybət etmiş olarsan, əgər yoxdursa, onda ona böhtan atmış olarsan».

«Dedi-qodu ilə məşğul olan Cənnətə daxil olmayacaq».



«Qəzəb imanı sirkə balı xarab etdiyi kimi xarab edər».



«Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir».

Peyğəmbər (s.ə.s) buyurur:

«Müsəlmana hiylə quran bizdən deyildir».

Müsəlmanlar müharibədən qayıtdıqdan sonra Peyğəmbər (s.ə.s) onları yanına çağıraraq buyurur: Xəbəriniz olsun ki, siz kiçik cihaddan qayıdırsınız. Müsəlmanlar onlan sonruşurlar: Ey Allah peyğəmbəri, əgər Allah yolunda vuruşmağımız kiçik cihaddırsa onda bəs böyük cihad hansıdır? Peyğəmbər (s.ə.s) buyurur: Böyük cihad nəfsinizə hakim olmanız və qəzəbləndiyiniz zaman qəzəbinizi boğa bilmənizdir.

İmam Baqir (ə) buyurur:

«Dünya işlərində tənbəllik edənlərə nifrət edirəm. Dünyasının işlərinə tənbəl olan, axirət işlərinə ondan da tənbəl olar».

İmam Sadiq (ə) buyurur:

«Əgər iki mömin bir-biri ilə görüşsə, Allah həmişə onlara rəhmət gözü ilə baxar. Onların günahları ağac yarpaqları kimi tökülər».

«Hər kim qəzəbini cilovlaya bilməsə, ağlına da sahib ola bilməz».

İmam Əli (ə) buyurur:

«Dinin və dünyanın salamatlığı insanlarla mehriban olmaqdır».İmam Əli (ə) buyurur: «Kin bəsləmək eyiblərin ən pisidir».

«Qəzəbdən çəkinin. Onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır».

«Tövbə etmək qəlbləri paklayır, günahları yuyur».

«Məsləhət edən şəxs xətadan amanda qalar».

Melekcik

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    Allah razi olsun..xebere gore cox sag ol dosiii…
  2. Melekcik dedi ki:

    Cox sagolun ALLAH sizlerdende razi olsun

  3. DaviDoFF dedi ki:

    ALLAH razi olsun cox saol xebere gore..

  4. DaRk_AnGeL dedi ki:

    ]twk allah razi olsun

  5. BadBoy dedi ki:

    Allah Razi Olsun…

  6. _Aynur_ dedi ki:

    Cox sag ol baciwka xebere gore!!! give_rose

  7. Single Girl dedi ki:
    Cox Sagol baciwim,bidenem ALLaH razi olsun senden!
  8. KITS dedi ki:

    Turkler size toxunmadiqca siz onlara toxunmayin… (hz. Mehemmed (s.a.s) )

  9. bakili balasi dedi ki:

    Allah azi olsun sandaan cox maraqli idi ellarina saglik ellaerin dard gormasin

  10. Avtosh_227 dedi ki:
    ay cooooooooooooox tewekkurler caniwkom.ellerine sagliq.cox sagol…
  11. Suphenallah dedi ki:

    wukur ki,duwuk sevgi xeberleri arasinda dini xeberlere rast gelmek olur ara-sira da olsa
    tewekkurler qizim

  12. Gunes dedi ki:

    xebere gore tewekurler bacis.Allah razi olsun

  13. Jelannaya_013 dedi ki:

    «Qəzəbdən зəkinin. Onun başlanğıcı dəlilik, sonu isə peşmanзılıqdır».
    «Tцvbə etmək qəlbləri paklayır, gьnahları yuyur».
    «Məsləhət edən şəxs xətadan amanda qalar».

    canim baciwim cooox twk..ALLAH senden razi olsun..

  14. Melekcik dedi ki:

    Leonel-207,
    Skromnaya,
    Single Girl,
    Cristi,
    QEMLI_GECE,
    ALLAH sizlerdende razi olsun

  15. QEMLI_GECE dedi ki:

    allah razi olsun cox sagol xebere gore

  16. Cristi dedi ki:

    Allah razi olsun

    flower

  17. Single Girl dedi ki:

    Baciw cox sagol ALlah razi olsun senden!!

  18. BalaM dedi ki:
    Melekcik cox sagol xebere gore baciwim
  19. girl_from baki dedi ki:

    ALLAH RAZI OLSUN.COX SAG OL.