RUH HAQQINDA



Ruh – dilimizdə vətəndaşlıq haqqı qazanmış «ruh» anlamının Quranda fərqli mənası var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- «ruh». Məsələn, rus dilində «dux», «duşa» sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə «ruh» deyirik.

İslamda ruh barədə
Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə).

İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir. Yəni Rəbbimizin işindən olduğuna görə bu barədə düşünməyə də bilərsiz. Bu ayədən çıxış edən ilahiyatçıların böyük əksəriyyətinin dediyinə görə, ruh barədə müəyyən qənaətlər əldə etməkdən ötrü düşünməyə belə dəyməz. Göstərilən ayədə ruhun nə oduğunu anlatmaqdan ötrü insanın dünyagörüşü və dünyaduyumu artırmaq istiqamətində bir təşviq var. Quranda buyrulur ki, tək bir candan yaranır və İlahidən ona görkəm verilir. Sonra İlahi öz ruhundan ona üfürür. Yəni insanın mahiyyətinin özündəhəm can, həm də ruh var. Can yalnız insana aid olan məfhumdur, ruh isə İlahi materialdır.

Digər açıqlamalar
Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerci olan İlahi varlığın özüdür. Tanrını dərk məsələsində olduğu kimi, ruhun da tam anlamda dərki müşküldür, insan təfəkkürünə sığmazdır. Və elə ruhun mahiyyəti barədə iinsan təfəkkürünün acizliyi də, elə bilirəm, bundan doğur.

Bəs insan dünyasını dəyişəndən sonra canın və ruhun aqibəti necə olacaq? Ruh birbaşa Tanrının özünə qayıdır, hər can ona qayıda bilməz. Quranda «can» sözü ərəbcə «nəfs» sözü ilə ifadə olunur. Bu, bizim çox zaman mənfi mənada «nəfs», «tamah» mənasını vermir. Tanrı lütfünün mütləq mənada hakim kəsildiyi bi fəza sistemi var ki, adına «cənnət» deyilir. Yalnız paklanmış canların, arınmış ruhların həmin məkana daxil olma məsələsi var. Amma Allahın insanı yaratdığı zaman canına üfürdüyü o ruh isə birbaşa Tanrının özünə qayıdır. O çirkab götürmür, İlahi materialdır və hər bir insanda var. Təfəkkürümüzə təkan verən, bizi hərəkətə gətirən daimi bir enerjidir. İnsan dünyasını dəyişən zaman həmin o enerji bir başa Allaha qayıdır. Amma canda da enerji var. Yalnız paklanmış canlar bir başa cənnətə gedir, təmizlənməmiş canların isə din anlamında aqibəti cəhənnəmlikdir.[1]

Xristianlıqda Müqəddəs Ruh anlamı vardır ki, insan Ruhunu onunla qarışdırmaq olmaz.

qeribelik

Şərhlər:

  1. BadBoy dedi ki:

    CoooX Maragli Movzudur Sabah Oxuyacam Mutlek!!!!

  2. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  3. Cristi dedi ki:

    Coxxxxxxxxxxx sagol baiw!!!
    opucuk

  4. Melekcik dedi ki:

    maraqli xeberdir cox sagol applause

  5. Suphenallah dedi ki:

    cox sag ol baciw sayende IMANIMIZ artir cox sag ol

  6. Angelocka dedi ki:
    heart qeribelik, heart
    Coooooooooxx sagol baciwim..ellerin derd gormesin..Ruhlar haqqinda azda osla melumatim variydi..+ buda lap yaxwi melumatlandim..Ama herden ruhlardan qorxuramee heat scares
  7. BalaM dedi ki:
    qeribelik cox sagol bacim Allah razi olsun
  8. ZakonLubvi dedi ki:

    aaa men ruhlardan qorxuram o vaxti nenem rehmet etdi bir il evde tek qala bilmedim ele bilirdim ruhu gezir evde qorxudan olurdum

  9. QEMLI_GECE dedi ki:

    maraqlidi xeber cox sagol ellerine salik

  10. girl_from baki dedi ki:

    baciw bu haqda az melumatim var,cox sag ol

  11. qeribelik dedi ki:

    SAG OLUN MEN SADECE BİR VESİLE OLDUM.OXUDUGUM XBRİ SİZİNLE BOLUSMEYİME VE SİZİN BEYENMENİZE SEVİNDİM.REY YAZDIGINIZ UCUN MİNNETDARAM

  12. Single Girl dedi ki:

    Dogurdan cox maraqli movzudur ele ona gorede butun gunu Tvde ruhlardan dnaiwirlarda maraqli movzu oldugu ucun amma Islamda ne yazilibsa eledi..Allahin Bildiyi Meslehetdi…Cox sagol bacishkam Allah razi olsun Senden…

  13. МиниК_Сердце dedi ki:

    ne po mne novost no spasibo cana