Kişilər əslində mələkdirlər

Kişilər əslində mələkdirlər


Bir gün bir meşə baxıcısı, dalları çayın üstünə doğru əyilən ağacın dallarını kəsərkən baltası suya düşərmiş.“Aman Allahım” deyə qışqırdığında bir pəri gələr. “ Niyə qışqırırsan?” deyər. Meşə baxıcısı baltasının suya düşdüyünü və gəlirininin bundan asılı olduğunu pəriyə deyər. Pəri suya girər və əlində bir qızıl balta ilə qayıdar. “Baltan bu idi?” deyə soruşar, meşə baxıcısı “yox” deyər. Pəri bir daha suya girər və əlində gümüş balta ilə geri gələr. Yenə meşə baxıcısından soruşar. “ Baltan bu idi?”, meçə baxıcısı yenə “yox” deyər. Pəri suya bir daha girər və bu səfər əlində dəmir bir balta ilə qayıdar, və yenə meşə baxıcısından soruşar “ Sənin baltan bu idi?” meşə baxıcısı bu səfər “bəli, mənim baltam budur” deyər. Meşə baxıcısının yalan danışmamağı pərinin çox xoşuna gələr və baltaların üçünüdə meşə baxıcısna verər. Meşə baxıcısı təşəkkür edər və sevincək evinə qayıdar.

Bir gün meşə baxıcısı həyat yoldaşı ilə çayın qirağında gəzərkən suya düşər. Meşə baxıcısı yenə “ Aman Allahım” deyə qışqırar. Pəri yenə gələr və meşə baxıcısının niyə qışqırdığını soruşar. Meşə baxıcısı həyat yoldaşının suya düşdüyünü və həyat yoldaşını çox sevdiyini deyər. Pəri yenə suya girər və Jennifer Lopez ilə qayıdar.

“Sənin həyat yoldaşın budur?” deyə soruşar meşə baxıcısından və meşə baxıcısı “hə” deyər. Pəri hirslənərək onun yalan danışdığını deyər.
Meşə baxıcısı: “Üzür istəyirəm pəri, sən məni səf başa düşdün. Əgər desəydim ki, Jennifer Lopez mənim həyat yoldaşım deyil, sən gedib Catherine Zeta-Jones ilə geri qayıdacaqdın. O na da yox desəydim, sən həyat yoldaşımla gəlib və hər üçünüdə mənə verəcəktin. Mən kasıb insanam, üç arvada baxacaq gücüm yoxdur. Hə deməmin səbəbidə budur. “

Nə vaxtsa bir kişi yada oğlan yalan deyirsə, bunun yaxşı bir səbəbi vardır və başqalarının yaxşılığı üçündür…!!!

Dəyərli fikirlərinizi bildirməyi unutmayın…!!!

esmeralda

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    yes xaxa xaxa spasibkiiiii

  2. Admin dedi ki:

    ok Super))) Xoshuma geldi elaaa