HəYaT gözəldir, yaşamağa dəyər, SəN olmasan belə…

Eşidirsən bu məni?

Səndən ayrılandan bəri həmişə bir mahnını dinlədim.

Çünki bu mahnıda hər şey var, sevgi də, nifrət də.

Bilirsən sevgilim sənə bənzəyən hər şeyi sevdim.

Səndə axtardığımı tapdım, amma yanıldım.

Yalnızlığın kədəriylə qüruru satın aldım.

Çünki özüm-özümə bir gün dönərsən dedim.

Gözlədim, param-parça oldum, amma yenə də səndən incimədim.

Unutdum acılı ağrılı sözlərini, davalarımızı.

Unutdum zənglərimə cavab vermədiyini, bir tək səni unutmadım.

Amma yolun başında idik.

Gəlmədən ayrıldıq. Haradasan sevgilim? Varlığın haradadır?

Getməyinlə hər şeyimi apardın. Artıq sən qoyub getdiyin oğlan deyiləm.

Doğrudur yenə gülürəm, amma güldükcə də içim ağlayır, çünki həmişə səni xatırlayıram.

Sən mənim hər şeyim idin. İllər sonra bəlkə yenə qarşılaşdıq.

O zaman mən sənin olmayan bir mən, sən isə mənim olmayana bir sən olacaqsan.

Bilirsənmi sevgilim? Mən yenidən aşiq ola bilərəm? Sənə aid olan qəlbimi kiməsə verə bilərəm?

Vermərəm! İçində səni görərlər deyə.

Mən səni hər kəsdən, özümdən belə qısqandım.

Gəl keçmişə qayıdaq. Nə gözəl başlamışdıq. İkimizdə çılğın idik.

Davaların ən gözəlini biz edirdik, çünki barışmaqda da ayrı zövq var idi.

Gerçək sevgini yaşadıq bunu səndə bilirsən. Elə isə eyni hisslərlə qalmalı deyilikmi?

Biz birlikdə olmasaq da, bu təmiz sevgini, təmiz hisslərlə bitirməliyik elə deyilmi?

Mənə göndərdiyin məktublarında ağladığını oxudum.

Sənindəmi göz yaşların mənim göz yaşlarımla yarışır?

Sən mənim güclü, qocaman sevgilim deyilmisən? Güclüsən sən.

Sil göz yaşlarını. Hər şeyi özümüz məhv etdik.

Sevgi körpü qurmaq kimi bir şeydir, biz körpü quracağımız halda, divar hörüb yalnız qaldıq.

Mən həmişə özüm-özümə deyirəm. Sabah tam fərqli bir oğlan olacam.

Sonra yenə davam edirəm, onda niyə bu gündən başlamayım?

Bəlkə illər hər şeyi mənə unutduracaq, amma söz verirəm səndən başqasını əsla sevməyəcəm.

HəYaT gözəldir, yaşamağa dəyər, SəN olmasan belə…

meymunka

Şərhlər:

  1. meymunka dedi ki:

    Sil gцz yaşlarını. Hər şeyi цzьmьz məhv etdik.

    Sevgi kцrpь qurmaq kimi bir şeydir, biz kцrpь quracağımız halda, divar hцrьb yalnız qaldıq.

  2. Deli_oglan dedi ki:

    heyat dogrudan da gozeldir amma biz onu pis gune salmisiq.

    HəYaT gцzəldir, yaşamağa dəyər, SəN olmasan belə…

  3. BadBoy dedi ki:

    HəYaT gцzəldir, yaşamağa dəyər, SəN olmasan belə..

    .

  4. Kor_Ressam dedi ki:

    sagol baciw eladir!

  5. Cristi dedi ki:

    Səndən ayrılandan bəri həmişə bir mahnını dinlədim.

    Çünki bu mahnıda hər şey var, sevgi də, nifrət də.

    Bilirsən sevgilim sənə bənzəyən hər şeyi sevdim.

    Səndə axtardığımı tapdım, amma yanıldım.
    cry cry cry

    [i]SAGOL MEYMUWUM. SUPERRRRRRRRRRRRRRRRR XEBERDI!!!!! opucuk

  6. buz_qelb dedi ki:

    cry cry cry cry Derin menali sozlerdir yerivar

  7. QEMLI_GECE dedi ki:

    cox sagol elerine salik eladir

  8. DaRk_AnGeL dedi ki:

    heyat gozeldi yawamaga deyer sen olmasan bele heart

  9. BuBLiK dedi ki:

    спасибо зайка)

  10. Melekcik dedi ki:

    HəYaT gцzəldir, yaşamağa dəyər, SəN olmasan belə…

    duzdu gidene gitmiwdir gitdiye bitmiwdi……men sildim heyatimdan……….heyat gozeldir yawamaga qeder sensizde..4ox sagol xebere gore

  11. Firuze dedi ki:

    Cox sag ol Meymuwum….

  12. BalaM dedi ki:
    meymuwka spasibo=)
  13. Single Girl dedi ki:

    Duzdu Nermish Heyat hemiwe gozelliklerle doludur ve gozeldir Sadece o gozelliyi duymag ve heyatin dadini cixarmag lazimdir Cunki 5gunluk dunyadir Cox sagol bidenem ellerine saglik cox xowuma geldi..

  14. El3ktra dedi ki:

    Duzu,heyat onsuz cooox menasizdir.Seherler oyananda ilk o aglima gelir.Yoxlugunun ferqine variram.O qeder uzulurem ki.Butun gunum bu abu-havada kecir.Her seyim idi menim.Getdi.Men de getme deye bilmedim.Chunki cox hevesli idi getmeye.Chox hevesli idi yenilerini tapmaga,tanimaga…

  15. Avtosh_227 dedi ki:

    HəYaT gцzəldir, yaşamağa dəyər

    meymuwum eziyyetine gore cox sagol.duzdur heyatda her wey gozeldir.amma heyati her kessiz yawamaq olmur ee barbim.vallah olmur:((geceler adam yuxusunu qariwdirir hemin kes olmadan cry xeberin ise superdir barbi.cox sagol.ellerine sagliq…
  16. meymunka dedi ki:

    Avtosh_227,

    Ade Melek de seni cox isteyir day uzulme bu qeder….

  17. Avtosh_227 dedi ki:

    Sitat: MeYMuNKa
    Ade Melek de seni cox isteyir day uzulme bu qeder….


    bilirem dee.melek meni istediyi qeder burda hec kimi istemir eee.bunu bilirem de heart o menim aldigim nefesimdir dee heart

  18. Kalpsiz-prens dedi ki:

    sagol BAciw Ela Super di!!

  19. QeMLi AuS(( dedi ki:

    cox sagol baciwko cox gozeldi
    Mənə gцndərdiyin məktublarında ağladığını oxudum.

    Sənindəmi gцz yaşların mənim gцz yaşlarımla yarışır?

    Sən mənim gьclь, qocaman sevgilim deyilmisən? Gьclьsən sən.

    Sil gцz yaşlarını. Hər şeyi цzьmьz məhv etdik. cox sagol cox sagol cox gozel idi

  20. girl_from baki dedi ki:

    meymunka seir cox goxle sozlere mailkdir,(=uzucudur amma(

  21. balaca dedi ki:

    cox sagol meymussss ellerin derd gormesin

  22. elnurr dedi ki:

    cogsag ol meymunka dostik ??????????????>>>>>>>>>>>>>>>>&g
    t;>>

  23. aznetin_gozeli dedi ki:

    Cox gozel sozleri var idi.Esasen de bir hisseini cox beyendim.Gel kecmise qaydaq, en gozel davalari biz edirdik, cunki barismagin ayri lezzetivar idi.Dogurdan da, mene en lezzet eden wey kusenden sonra, dalasandan sonra sacina sigal cekib barismaqdir..neye desen deyer o an

  24. FemiNistiKa dedi ki:

    Gцzlədim, param-parзa oldum, amma yenə də səndən incimədim.

    cooox sagol maraqli sozlere gore flower