Bizi qoruyan kimlər və nələrdir?

Bizi qoruyan kiml601;r v601; n601;l601;rdir?

DOĞRU YOLDAN AZMAĞIN KÖKLƏRİ
Bə`zi əxlaq alimlərinin dediyinə görə, doğru yoldan azmağın səbəbi üç şeydədir:
1. Şəhvət qüvvəsi;
2. Qəzəb qüvvəsi;
3. Xəyal və vəhm qüvvəsi.
Əgər birincinin qarşısı alınmasa ismətsizliyə, abırsızlığa və pozğunluğa səbəb olacaq. Əgər ikincinin qarşısı alınmasa yersiz əsəbləşməyə, dava-dalaşlara və fitnələrə səbəb olacaq. Üçüncüsünün qarşısı alınmasa, təkəbbürə, zülmə və haqsızlığa səbəb olacaq. İstər kişi, istər qadın olsun, insan gərək məs`uliyyət hissiylə, təqva və öhdəsinə almaqla bu qüvvələri nəzarətə götürüb onlardan islah və təkamül üçün bir vasitə kimi istifadə etsin.
BİZİM PUSQUMUZDA DAYANMIŞ SƏKKİZ GÖZƏTÇİ
Məs`uliyyət hiss etməyimiz üçün Qur`an ayələrinə və mə`sumlardan nəql olunan hədislərə nəzər salaq. Mütəal Allah tərəfindən hər gün bizə səkkiz gözətçi nəzarət edir. Bu gözətçilər bizi əhatə edib pis və yaxşı hərəkətimizi, sözümüzü yazırlar, yaxud onları saxlayırlar. Nəzarətçilər bunlardan ibarətdir
1- Məkan;
“Zilzal” surəsinin 4-cü ayəsində buyurulur: “Qiyamət günü yer öz hekayəsini söyləyəcəkdir”.
2-Zaman;
İmam Əli (ə) buyurur: “Günlər hər gün deyər: Mən təzə günəm. Məndə etdiyin hər bir əmələ şahidəm”.
3-Dil;
Qur`anda “Nur” surəsi, 24-cü ayədə buyurulur: “Qiyamət günü insanların dilləri (onlar qazandıqları günahlarını dandıqda) etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər”.
4-Bədən üzvləri;
“Yasin” surəsinin 65-ci ayəsində buyurulur: “Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər”.
5-İki mələk;

Qur`anda “İnfitar” surəsinin 10-cu ayəsində buyurulur: “Şübhəsiz, sizin üstünüzdə gözətçi mələklər vardır”.
6-Əməl kitabı;
“Casiyə” surəsinin 29-cu ayəsində buyurulur: “Bu, bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizinlə haqqı danışar. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!”
7-Peyğəmbərlər və imamlar (ə);
“Nisa” surəsinin 41-ci ayəsində buyurulur: “Hər ümmətdən (peyğəmbərini) əməllərinə şahid gətirəcəyimiz və səni (Peyğəmbəri) də onlara şahid tə`yin edəcəyimiz zaman halları nə cür olacaq?”
8-Rəhman Allah;
Hər şeydən öncə bizim hamımız Allahın hüzurundayıq və O bizim əməllərimizə şahiddir.
SƏKKİZ GÖZƏTÇİDƏN ƏN YAXIN DOSTUNUZ HANSIDIR?

QEMLI_GECE

Şərhlər:

  1. girl_from baki dedi ki:

    Allah razi olsun

  2. DaviDoFF dedi ki:

    cox saol xebere gore ALLAH razi olsun.

  3. Cristi dedi ki:

    ALLAH RAZI OLUN!!!

  4. SEVQILIM dedi ki:

    tewekkur ellerinize saglik

  5. Crazy dedi ki:

    Cox sag ol. Biz calisaki bir is gorende Axireti fikirlesib gorek ve ebedi olan Cenneti qazanmaga calisaq.Allah gunahlarimizi bagislasin Aminnnn

  6. bakili balasi dedi ki:

    ALLAH RAZI OLSUN

  7. Suphenallah dedi ki:

    Əgər birincinin qarşısı alınmasa ismətsizliyə, abırsızlığa və pozğunluğa səbəb olacaq. Əgər ikincinin qarşısı alınmasa yersiz əsəbləşməyə, dava-dalaşlara və fitnələrə səbəb olacaq. Ьзьncьsьnьn qarşısı alınmasa, təkəbbьrə, zьlmə və haqsızlığa səbəb olacaq


    Qemli Gece cox sag olun Allah razi olsun
    Alllah cumlemizin gunahlarini ehv etsin amin

  8. BadBoy dedi ki:

    Allah Razi Olsun…

  9. Melekcik dedi ki:

    4ox sagol xowuma galdi ellerina salik

  10. Avtosh_227 dedi ki:
    qaqam cox sagol xebere gore.ellerine sagliq.cox sagol…
  11. BalaM dedi ki:
    cox sagol xebere gore
  12. Leonel-207 dedi ki:

    5-İki mələk;
    Qur`anda ”İnfitar” surəsinin 10-cu ayəsində buyurulur: ”Şьbhəsiz, sizin ьstьnьzdə gцzətзi mələklər vardır”.

    HER KESIN EMEL DEFTERI QARSHISINA QOYULACAQ..CALISHAQ GUNAHA GIRMEYEK..

    xebere gore cox sag ol..Allah razi olsun…..

  13. Firuze dedi ki:
    Allah razi olsun…cox gozel…….