əl-Ələq (Laxtalanmış qan) surəsi

əl-Ələq (Laxtalanmış qan) surəsi


əl-Ələq (Laxtalanmış qan) surəsi

(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!

2.O, insanı laxtalanmış qandan yaratdı.

3.(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

4.O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

6.
Xeyr, insan azğınlıq edər,

7.Özünün dövlətli olduğunu gördüyü üçün!

8.Axı sənin axır dönüşün Rəbbinədir!

9.
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur

10.
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?

11.Bir de görək, əgər o doğru yoldadırsa,

12.Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!

13.
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə,

14.
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!

15.Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik –

16.
Özü də yalançı, günahkar kəkilindən!

17.
Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!

18.
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!

19.
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!

qeribelik

Şərhlər:

  1. Single Girl dedi ki:

    Cooooooox Sagol Bacishkam ALlah senden Razi OLsun…Inshallah QIsmet OlSa Namazda QIlmaq Isteyirem,amma qorxuramki,Axiraqeder getmerem:(((

  2. DaviDoFF dedi ki:

    cox saol ALLAH razi olsun..

  3. Melekcik dedi ki:

    cox sagol bacim ALLAH razi olsun

  4. Leonel-207 dedi ki:

    cox sag ol…Allah savabina yazar inshallah…

  5. Cristi dedi ki:

    ALlah senden Razi OLsun Baciw…

    opucuk opucuk opucuk
  6. DaRk_AnGeL dedi ki:
    Allah razi olsun yaxwi xeberdi

    girl_ang

  7. Suphenallah dedi ki:

    Axı sənin axır dцnьşьn Rəbbinədir!
    Cox sag ol baciw
    Dj_Robot,
    Inwallah

  8. Dj_Robot dedi ki:

    Sagol allah razi olsun gunel inwallah qismet olsa mende namaza bawlayacam inwallah

  9. rihanna dedi ki:

    ALLAH RAZİ OLSUN.Cox sagol.

  10. _Aynur_ dedi ki:

    Cooooooooox saq ol baciwka cox maraqla oxudum….Allah Senden Razi Olsun !!!!

  11. Avtosh_227 dedi ki:
    doostikim Allah razi olsun canim.cox sagol…
  12. BadBoy dedi ki:

    Allah Razi Olsun Sennen Gunel!!!

  13. girl_from baki dedi ki:

    gunel baci Allah senden razi olsun.cox sag ol ki bele xeberleri bolusursen biziyle

  14. МиниК_Сердце dedi ki:

    Sag ol Baci