əl-Leyl (Gecə) surəsi

əl-Leyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə

2.And olsun işıqlanmaqda olan gündüzə

3.And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

4.Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).

5.
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

6.Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

7.Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

8.Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

9.
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

10.Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

11.(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

12.Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir).

13.
Axirət də Bizim, dünya da Bizimdir!

14.(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

15.
Ora ancaq azğın (kafir) daxil olar.

16.
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

17.
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

18.O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

19.O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

20.
O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

21.And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!

qeribelik

Şərhlər:

  1. Jelannaya_013 dedi ki:

    .And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!

    baciwim ellerine saglix coooo twk bele maraxli menali xebere gore..ALLAH RAZI OLSUN SENNEN..

  2. Cristi dedi ki:

    Allah razi olsun
    coxxxxx sagol baciw!!!!!!

  3. JESSICA dedi ki:

    Allah razi olsun.Ela xeber idi………:::Tewekkurler:::……….

  4. Leonel-207 dedi ki:
    cox sag ol…Allah razi olsun…quranin surelerini bizler ucun teqdim etdiyen gore teshekkurler…
  5. rihanna dedi ki:

    cox sagol.ALLAH RAZI OLSUN.

  6. BadBoy dedi ki:

    Allah Razi Olsun….

  7. Crazy dedi ki:

    COXXXX SAG OL BACISHH.COX GOZELDI ALLAH RAZI OLSUN

  8. Avtosh_227 dedi ki:
    cox teekkurler gozel dini xeberine gore.ellerine sagliq…
  9. QEMLI_GECE dedi ki:

    allah razi olsun bele gozel xebere gore cox sago,l

  10. BalaM dedi ki:
    qeribelik sagol baci ellerine saglik
  11. QeMLi AuS(( dedi ki:

    cox sagol baciwcox sagol baciw ALLAH sendne razi olsun

  12. Melekcik dedi ki:

    0.O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq ьзьn belə edər.

    21.And olsun ki, o (цz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə gцrə) razı olacaqdır!

    ALLAH razi olsun bacim

  13. Single Girl dedi ki:

    Gunel bacish Allah razi Olsun Senden!

  14. girl_from baki dedi ki:

    Gunel baci cooooooooooox cooooooooooox sag ol

  15. МиниК_Сердце dedi ki:

    Tewekkur