Qara tarixin qara sehifesi-31MART

Qara tarixin qara sehifesi-31MART

Hadisələrin gedişi

1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər”.

Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən S.Şaumyan başda olmaqla Bakı bolşevikləri “Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə “antisovet qiyamına”, “əksinqilaba” qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnaq silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər.[9]

Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. [10]

Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər.

S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.

Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm… Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir” Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq “gözmuncuğu” düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.

Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik… Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi… “Daşnaksütyunun” da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.

8km_elik

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    BU GUN HEMIN HADISELERDEN 92 IL OTUR.31 MART GUNU AZERBAYCANIN TARIXINDE XUSUSI BIR SEHIFENI ISHGAL EDIB….
    ALLAH REHMET ELESIN!!!
  2. LowRider dedi ki:

    ALLAH Rehmat elasin

  3. qeribelik dedi ki:

    QAQASIMIN EVEZİNE MEN YAZIM DA COOOOOOOX SAG OLUN REYLERİNİZ UCUNLeonel-207,
    Skromnaya,
    DaviDoFF,
    Avtosh_227,
    Black_Boy,
    bakili balasi,
    nigulik,
    KITS,
    LoReNZo,
    BadBoy,
    Single Girl,
    ZakonLubvi,
    ToN ToN,
    QEMLI_GECE,
    _Aynur_,
    Melekcik,
    buz_qelb,
    LowRider,

  4. star dedi ki:

    evvela cox sagolun bu movzuya toxundugunuzcun.Allah tokulen qanlari yerde qoymasin,qoymayacag da.geci-tezi var her weyin.Allah rehmet elesin gunahsiz qurbanlara.

  5. girl_from baki dedi ki:

    Allah butun olenlere rehmet etsin!insallah qanimizi yerde qoymariq.

  6. Suphenallah dedi ki:

    Evvelce tewekkurler xebere gore
    INDI YENE BOXCAMIN AGZIN ACIMDA
    BIR GUNLUK MATEM SAXLAYIRIQ SABAHISI GUN UJE UNUDURUQ, "AGILLI,QAN YADDASINI UNUTMAYIN MILLETIN" MILLETIN YALANCI MATEMLERINI SAXLAYIRIQ MATEMIMIZ BELKE HEC BIR SANIYE CEKMIR HEC MIKRO SANIYE DE CEKMIR
    HER WEY GOZDEN PERDE ASMAQ UCUN

  7. QEMLI_GECE dedi ki:

    ALLAH REHMET ETSIN BUTUN OLENLERE

  8. El3ktra dedi ki:

    Kecmish olsun…Bashimiz sag olsun…

  9. Leonel_2077 dedi ki:
    ALLAHDAN OLENLERE REHMET DILEYIREM…
  10. Cristi dedi ki:

    ALLAH REHMET ELESIN!!!! cry

  11. NeSKa dedi ki:

    Təşəkkьlər Allah razı olsun зox sağol

  12. Pestimist... dedi ki:

    menim sebrim catmaz bunlari oxumaga. amma emeye gore tesekkurler…)))

  13. deniz15 dedi ki:

    COX DARIXXXXXDIIM

  14. buz_qelb dedi ki:

    Cox sagolun xebere gore.Allah rehmet elesin cry cry cry

  15. Melekcik dedi ki:

    ALLAH rehmet elesin cry

  16. _Aynur_ dedi ki:

    Maragli xebere gore cox sag ol… cry Allah rehmet elesen!!! cry

  17. BalaM dedi ki:
    8km_elik cox sagol xebere gore…..Allah rehemet elesin
  18. DaviDoFF dedi ki:

    cox saol xebere gore hemde yadimizdan cixmadiqi ucun SHukur elemey lazimdi..

  19. qeribelik dedi ki:

    ALLAH BUTUN OLENLERİMİZE REHMET ELESİN.UGRUNDA CANLARINI FEDA EDEN MİLLETE İSE SEBR VERMESİN.SAG OL QARDAS XBR UCUN.BU XBRİ HAZIRLAYANDA GORDUM NE GEDER PİS OLDUN

  20. Avtosh_227 dedi ki:
    cry cox sagol maraqli xebere gore.ellerine sagliq.cox tewekkur edirem.super xeber idi.yeri var…
  21. Black_Boy dedi ki:

    can sag ol qaqam menim dogurdan da bu zindiq ermeniler bizim daha neyimiz qalmadi ki elimizden almasinlar o ki qaldi xebere gore sag ol qaqam bunlar gor ne qeder qudurublar ki butun dunyaya ozlerinin qondarma soyqirimini gosterirler ki guya biz bunlari qirmiwiq amma ki …………… ne ise Allah rehmet elesin

  22. bakili balasi dedi ki:

    ALLAH Rehmat elasin tokulan qan yerda qalmayacaq na vaxtsada bu ditdili ermailar oz cavabinin bela nayi var alaceylar AMIN COX SAGOL XABARE GORE

  23. BuBLiK dedi ki:

    ALLAH rehmat elasin cry cry

  24. KITS dedi ki:

    Martın 31-i bize Azerbaycan tarix siyasetinde unudulmaz ьз gьnь xatırlatıyor.

    Gьnler var ki, sevincinin bцyьklьyь ile, gьnler de var ki, felaket ve qьssesinin ezemeti ile unudulmaz. 31 Mart ikinci gьnlerden idi. Bu gьn tarixin qeyd ede bildiyi ”Aşura”, ”Vorfolomey gecesi” kimi xainane bir suretde hazırlanmış siyasi facielerden birisi idi.

    Biz Bakıdakı mart hadiselerini yada salarken o gьnlerde icra olunan vehşete, zьlme, yaxılan xanimanlara, parзalanıb da divarlara mıxlanan yavrulara, hetk olunan (parзalanan), irz ve namuslara dexi etfi-nezer ediyor – insanın bir anda dцnьb canavardan da bedter hala dьşmek leyaqetinden dexi olduğunu bцyьk bir hissi-infial (xecaletзekme) ve şermendelikde gцrьyoruz.

    M.E.RESULZADE

    Azerbaycan”, 31 Mart 1919

    ALLAH rehmet elesin.
    Soyqirimi dunya tanimir. Hele ABS \"ermeni soyqirimini\" tanidi, Italiyada buna gore hetta sorusdurma baslanilib. Ozunumudafiye ne vaxtdan terror olub, ne vaxtdan soyqirim olub?
    ABS dunyanin en murdar, terrorist olkesi, ermeniler en yaltaxx milleti, TURKLER en qudretli milletidi. ALLAH qisas almagi bize qismet elesin INSALLAH…

    TURKEM VE BU CEHETDEN OZUMU XOSBEXT HISS EDIREM…

  25. LoReNZo dedi ki:

    tesekkurler xebere gore

  26. BadBoy dedi ki:

    Bunu Bilirik Bunu Dunyaya Catdirmag Lazimdi…..Bu Nu Da Hec Kim Elemir….

  27. Single Girl dedi ki:

    Allah onlarin her birine rehmet elesin!!Amin!

  28. ZakonLubvi dedi ki:

    Sitat: BadBoy
    Bunu Bilirik Bunu Dunyaya Catdirmag Lazimdi…..Bu Nu Da Hec Kim Elem


    ELBETDE CATDIRMAQ LAZIMDIR CUNKI BIZ OZ TARIXIMIZI TAM OLARAQ BILMIRIK COX SAG OLUN OXUDUM SAYENIZDE COK WEYLER ORQENDIM bash

  29. ToN ToN dedi ki:

    Allah olenlere rehmet elesun…
    Sag ol xebere gore..

  30. QEMLI_GECE dedi ki:

    maraqli xebere gore cox sagol