Sözlər Xəzinəsi


Heç bir şey istəməyən, heç bir şey gözləməyən və heç bir şeydən qorxmayan sənətkar ola bilməz…

Çexov

***

Mən bilirəm ki, heç nəyi bilmirəm.

Sokrat

* * *
Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur..

Sartre

* * *

Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür.

* * *

Yaşayaraq əldə edilən bilik, daş üzərinə həkk olunmuş yazılar kimidir.

* * *

Vəzifəsini bilən insan xoşbəxtdir, başqa nemət axtarmasın.

T. Karlayl

* * *
Röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır.

S. M. Pouer

* * *

Boş zaman yoxdur, boşa keçmiş zaman var.

Tagore

* * *

Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır.

S.J.Harris

* * *

Fəzilətə gedən qapını açmaq çətindir.

Çin Atalar sözü

* * *

Gülümsəmək iki insan arasındakı ən qısa məsafədir…

* * *

Eqoizmdən xilas olmağın yeganə yolu başqaları üçün yaşaya bilməkdir…

* * *

Hər bildiyini söyləmə, ancaq hər söylədiyini bil…

Marsel Lenoir

* * *

Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır…

Sir Tomas Mor

* * *

Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir…

Balzak

* * *

Heç bilənlərlə bilməyənlər bir olarmı…

* * *

Öncə çalışın, sonra dincəlin…

Puşkin

* * *

Düşünmədən öyrənmək, vaxt itirməkdir…

Konfutsi

* * *

Çalışmayana Allah yardım etməz…

Sofokl

* * *

Çalışmaq həyat, düşünmək işıqdır…

Viktor Hüqo

* * *

Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan…

Dekart

* * *

Elm bölüşüldükcə artan xəzinədir…

Bhartrihari

* * *

Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki elm səni qoruyur…

Hz. Əli (r.a.)

* * *

Həyatını aldıqlarınla qazanarsan, ancaq verdiklərinin üzərinə bina edərsən.

Uinston Çörçill

* * *

Müsibət zəkanı tərbiyə edər.

* * *

Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır.

* * *

Dərd, Rəbbinə gizlicə çağırmağına səbəb olduğuna görə, bütün dünya malından daha yaxşıdır…

* * *

Şəfamız, öz daxilimizə baxa bilməkdədir.

* * *

Tənhalıq pis dostdan yaxşıdır.

* * *

Su qabını daşlığa aparan kimsə, onu daşdan qorumağı öyrənməlidir.

* * *

Aşıq qızıla bənzəyir, bəla isə atəşə.. Xalis qızıl atəş içində yaxşıdır.

* * *

Eyibsiz dost axtaran dostsuz qalar..

* * *

Kasıba verilən, hələ onun əlinə keçməmiş Allaha çatar…

* * *

Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir…

* * *

Nə xoşbəxtdir o insan ki, öz ayıbını görə bilir.

* * *

Bir şam digərini yandırmaqla işığından heç nə itirməz.

* * *

Allah ilə olduqdan sonra ölüm də ömür də xoşdur…

* * *

Könlü işıq yandırmağa və aydınlanmağa öyrənən insanı günəş belə yandıra bilməz. Gündüz kimi işıq vermək istəyirsənsə, gecəyən bənzəyən mənliyini (ənaniyyət) yandır…

* * *

Bəzi insanlar var ki, salam verərlər və salamlarından his iyi gələr. Bəziləri də var ki, salam verərlər və onların salamından misk (müşk) qoxusu gələr.

* * *

Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən; bu Allahın sənə yardımının və sevgisinin bir dəlilidir.

* * *

O, hər şeyi ilə gözəldir; Ona aid olan və Ondan gələnlər də gözəldir. Həm o qədər gözəldir ki, ayıq-sayıq bir könül, görüb tamaşa etdiyi hər şey üzərində Ondan bir qisim ima və işarələr aldıqca damarlarında qanı çəkilir kimi olar və Onunla bir anlıq vüslat – qovuşma adına canını fəda etməyi belə az görər…

* * *

Könül adamı, nəfsinin istəmədiyini başqaları üçün də istəməməkdən başqa; öz xoşuna gələn hər şeydən, başqalarının faydalanması üçün çırpınar; hətta bunun uğrunda ölüb-ölüb dirilər.

esmeralda

Şərhlər:

  1. MILAQROS dedi ki:

    cox sagol baciwka oc interesno i super goodgood

  2. e_s_k_a dedi ki:

    спасибо джана жаль что все на Азербайджанском

  3. esmeralda dedi ki:

    werhlere gore thankss canlarim

  4. BadBoy dedi ki:

    Cox sag Ol Xebere Gore Yeri Var…

  5. МиниК_Сердце dedi ki:

    Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur..

  6. fanya_ya dedi ki:

    4ox sag ol xebere gore super xeber idi