Dua Psixologiyası

alt
Dua-bu sözün mənası sığınmaq,xahiş etmək və yalvarmaq mənasını verir. Daha düzgün tərif versək dua,hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarma mənasını verir.





Dua yalnız inanclı insanların həyatında iştirak edən bir anlayış kimi görünsə də əslində inanclı-inancsız hər kəsin həyatında var. Hər hansı bir inanc sistemi ilə əlaqəsi olmayan kəslər belə çətin vəziyyətə düşdükdə, hər hansı bir problemi həll etməyə qadir olmadıqda özündən daha böyük bir gücə sığınmaq istəyir.O gücdən kömək gözləyir. O adam bəlkə bu gücü Allah,Tanrı,və yaxud Budda olaraq xarakterizə etmir, amma yenə də bir üstün gücdən, qarşılaşdığı çətinlikdən özünü qurtarmasını arzu edir.





Niyə insanlar xüsusilə çətin vəziyyətlə qarşılaşdıqda hər hansı bir gücə sığınmaq istəyirlər? Və bu necə bir istəkdir ki, inanclı-inancsız hər kəsdə var?





İnsan dünyaya gələrkən çox gücsüz olur və bir çox şeyə ehtiyac duyur. Ana insanın ilk sığınacağıdır. Ana yeni doğulmuş insan üçün həm qoruyucu həm də bəsləyicidir. Zaman keçdikcə insan böyüyür.Böyüdükcə ananın rolu azalır və bir müddət sonra da ana həyatımızdan çıxıb gedir.Bu müddət ərzində insan xeyli böyüyüb formalaşır, amma problemlər, ehtiyaclar da bir o qədər çoxalmış olur. Kiçik yaşlarda yalnız sevgiyə və ana südünə ehtiyac duyan insanın ehtiyacı xeyli artır. Fəlakətlər, xəstəliklər, qəzalar insanın ətrafını sarıyır. Və insan bu ehtiyaclar və çətinliklər qarşısında tək başına mübarizə aparmaq məcburiyyətində qalır. Üstəlik də daima sığındığı anası və atası yanında deyil. Və bu çətinliklər və ehtiyaclar qarşısında çıxılmaz qalan insan, sığına biləcəyi və kömək istəyə biləcəyi bir güc axtarır. Və nəhayət dua etməyə başlayır.
Beləliklə insan ehtiyaclarını qarşılaya bilmədikdə duaya müraciət etməyə başlayır. İnsanın ehtiyacları isə müxtəlif cür olur. İnsan ehtiyaclarını təsnif edənlərdən biri də Abram Masloudur. Masloua görə insanın tələbatları beş yere bölünür:

1. Fizioloji tələbatlar
2. Təhlükəsizliyə olan tələbatlar
3. Sevgiyə olan tələbatlar
4. Hörmət-Möhtərəmliyə olan tələbatlar
5. Özünü Aktuallaşdırma tələbatı
İnsan hər hansı bir şəkildə bu ehtiyaclardan və bunların xaricində var olan ehtiyaclarından hər hansı birininin ödənilməsində aciz qaldıqda bu ehtiyacları ödəyə biləcək,sonsuz xəzinələri olan və gücü hər şeyə çatan uca bir gücə sığınmaq istəyir. İnsan bu gücü inancına bağlı olaraq fərqli adlarla adlandırır.Adlar dəyişsə də lakin əsas məqsəd və məna dəyişməz olaraq qalır.

Ortaya belə bir maraqlı sual çıxır,bəs görəsən inancından asılı olmayaraq hamımızın müraciət etdiyi, dua mexanizminin bizim üçün əhəmiyyəti nədən ibarətdir???

Newsweek´in araşdırmasına görə, insanların 72%i dua edərək xəstəlikdən daha tez xilas olmağın mümkünlüyünə, duanın yaxşılaşmağı asanlaşdırdığına inanırlar.

Dr.Herbert Benson tərəfindən 10 il müddətində davam edən və 1800 adamın iştirak etdiyi araşdırma,indiyə qədərki ən etibarlı nəticələrin əldə edildiyi eksperiment kimi izah olunur. ABŞ hökumətin 2.3 milyon dollar fond ayırdığı araşdırmalardan gəlinən nəticəsi isə, dua və xəstəliklərin yaxşılaşması arasında həqiqətən də əlaqənin olmasıdır.

Duke Universiteti-nin cərrahiyə əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir araşdırmada da, “duanın yaxşılaşdırıcı gücü” elmi olaraq sübut edilmişdir. Araşdırmaların bizə verdiyi nəticə onu göstərir ki, həqiqətən də insanın hər hansı bir fövqəl qüvvəyə sığınması və dua arzusu, psixoloji olaraq bizi rahatlaşdırır. Bu prosesin necə baş verməsi elmi cəhətdən tam şəkildə izah edilməsə də, sübut olunmuşdur ki, dua oxuyan xəstələrin yaxşılaşma nisbəti digər xəstələrə nisbətən daha yüksəkdir.

Bundan başqa Chicago´daki Rush Universitetinin araşdırmasına görə,nizamlı olaraq ibadət və dua edənlərin erkən ölüm nisbəti, dinə bağlı olmayanlara nisbətən 25% daha azdır.

DUA ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir. Amma yaxşı olardı ki, təkcə çətinliyə düşəndə, problemlərimiz yaranda deyil, sevincli, xöşbəxt olduğumuz günlərdə də əllərimizi ALLAHa açıb dua edək, Şükr edək.

QEMLI_GECE

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Niyə insanlar xьsusilə зətin vəziyyətlə qarşılaşdıqda hər hansı bir gьcə sığınmaq istəyirlər? Və bu necə bir istəkdir ki, inanclı-inancsız hər kəsdə var?

    bu fikirle tam raziyam..hami olmasada ekseriyyet insanlar ancaq cetinliye dushende Allahina dua edir…

    xebere gore cox sag ol..Allah razi olsun>>>

  2. Firuze dedi ki:

    CAnik sag ol…….. ureyim

    applause Allah Razi olsun……..

  3. Cristi dedi ki:

    ALlah razi olsun!

    girl_ang

  4. DaviDoFF dedi ki:

    cox saol xebere gore ALLAH razi olsun emeye hormet.

  5. Suphenallah dedi ki:

    bakili balasi,
    ya_za

  6. qeribelik dedi ki:

    TANRIM BUTUN DUALARIMIZI GEBUL ELESİN.AMİN.XBR UCUN TSKLER

  7. Melekcik dedi ki:

    cox sagol maraqli xebere goree

  8. _Aynur_ dedi ki:

    DUA ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir. Amma yaxşı olardı ki, təkcə зətinliyə dьşəndə, problemlərimiz yaranda deyil, sevincli, xцşbəxt olduğumuz gьnlərdə də əllərimizi ALLAHa aзıb dua edək, Şьkr edək.

    Cooox saq ol maraqli xebere gore…

  9. BadBoy dedi ki:

    Allah razi OlSun

  10. ZakonLubvi dedi ki:

    DUA etmek her bir insana lazimdir ,angaq insanlarda hemkinide men ,angaq cetinlikde edirik ,exxxx ALLAH OZU GUNAHLARIMIZI BAGIWLASIN angel

  11. Single Girl dedi ki:

    Cox Sagol ALlah razi olsun!

  12. bakili balasi dedi ki:

    DUA ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir. Amma yaxşı olardı ki, təkcə зətinliyə dьşəndə, problemlərimiz yaranda deyil, sevincli, xцşbəxt olduğumuz gьnlərdə də əllərimizi ALLAHa aзıb dua edək, Şьkr edək.

    Oxşar xəbərlər: manda raziyam bu sozlarla Allah razi olsun ellarina saglik

  13. Gunes dedi ki:

    xebere gore tewekuler ellerine sagliq.

  14. Avtosh_227 dedi ki:

    DUA ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir. Amma yaxşı olardı ki, təkcə зətinliyə dьşəndə, problemlərimiz yaranda deyil, sevincli, xцşbəxt olduğumuz gьnlərdə də əllərimizi ALLAHa aзıb dua edək, Şьkr edək.

    bratik cox sagol xebere gore.ellerine sagliq.yeri var.cox sagol qaqawim…
  15. BalaM dedi ki:
    QEMLI_GECE cox sagol Allah razi olsun
  16. fanya_ya dedi ki:

    Maraqlidir thanks