Musiqi Haramdı Ya Yox?

Musiqi Haramdı Ya Yox?

Musiqinin haramlığı barədə

Kəbirə olması aşkar şəkildə buyurulan günahların on beşincisi musiqi alətləri ilə meşğul olmaq, saz, tar, kamança, pianina, tənbur və s. kimi şeyləri çalmaq ve yaxud onların səsinə qulaq asmaqdır.

Fəzl ibni Şazanin Imam Rza(ə)-dan nəql etdiyi hədisdə onun kəbirə günah olmsaı buyurulur:”Vəl-Iştiğalu bil-məlahi”

Bütün fəqihlərin nəzərinə əsasən, musiqi alətlərinin alveri ve duzəldilməsi haramdır!Qumar alətlərində olduğu kimi, onların da saxlanması haram, aradan aparılması isə vacibdir.Bələ ki ”Tuhəful-uqul” da imam Sadiq(ə)-dan nəql edilən bir hədisdə bu məsələ qeyd olundu.Şeyx hurr Amili “Fusuli muhimmə” kitabında rəvayət edir ki, Hz. Imam Sadiq(ə) belə buyurur: Heç bir halal yönə malik olmayan, şər və fəsaddan başqa bir nəticəsi olmayan sənətkarlıq, bərbət(uda oxşayan musiqi alətidir),tütək, eləcə də hər növ musiqi aləti,məsihilərin xaç şəkli və buna oxşar şeyləri öyrətmək,öyrənmək,onlarla məşğul olmaq,həmçinin əvəzində pul almaq və onlarla hər növ təsərrüf etmək haramdır!

Musiqi barəsində Əhli-Beyt hədisləri:

Musiqi alətləri ilə məşğul olmağın ,yaxud onlara qulaq asmağın haram olması barəsində çoxlu hədis nəql edilmişdir.Imam Sadiq(ə) buyurur ki,Peyğəmbəri-Ekrəm(s) buyurmuşdur:”Mən sizə rəqs etmeyi(oynamağı),tutek,bərbət və təbil(nağara) çalmağı qadağan edirəm”

Həzrət yenə buyurur:”Allah -Taala məni bütün aləmlərə rəhmət olaraq göndərmişdir.Həmçinin buna görə göndərmişdir ki,sazları,tutəkləri(calğı alətlərini),eləcə də cahiliyyət dövründə mövcud olanları-bütləri və əzlami batil edib aradan aparam.”

Həmçinin Imam Sadiq(ə)-dan bələ nəql olunur: Allah hər kəsə bir nemət versə və o şəxs də nemət verilən zaman musiqi aləti(mizmar)hazır etsə, o nemətə qarşı nankorluq etmişdir

Musiqi Nifaq yaradır ,qeyrəti aparır.Hz. Imam Sadiq(ə) yənə buyurur:”Uddan istifadə etmək,yaxud onun səsinə qulaq asmaq insanın qəlbində nifaq cücərdir,necə ki ,su ,bitkiləri cücərdir.”Həzrət yenə buyurur:”Hər kəsin evində qırx gün bərbət calınsa və camaat da onun yanına gəlsə,şeytan öz bədənini onun bədəninə sürtər,o kişinin qeyrəti aradan gedər.(Qeyrətsizlik də) elə bir həddə çatar ki ,əgər onun arvadı ile çirkin əməl (zina ) edilərsə,açığı gəlməz”

Başqa bir hədisdə Hz. Sadiq(ə) buyurur ki,bu iş ondan abır-həyanı alar.Onun ,öz barəsində deyilənlərdən,yaxud onun öz dediklərindən heç bir qorxusu olmaz.

Muşahidə olunduğu kimi,gecə-gündüz evlərində radiodan musiqiyə qulaq asan şəxslər əksər hallarda həya və qeyrətdən məhrum olurlar.

Musiqi xeyir bərəkəti aparır.Əmirəl-Muminin Əi(ə) buyurur:”Mələklər şərab içilən,yaxud qumar ve çalğı alətləri olan evə daxil olmaz,o evin əhlinin etdiyi dualar qəbul olunmaz və xeyir –bərəkət həmin evdən qalxar”.

İmam Rza(ə) buyurur:”Musiqi alətlərinin səsinə qulaq asmaq kəbirə günahlardandır(Kəbirə böyük deməkdir).

Üzü qara şəkildə məhşərə daxil olar.

Peyğəmbər Əkrəm(s) buyurur:Qiyamət günü tənbur sahibi qara üzlə məhşərə daxil olacaq.Onun əlinə cəhənnəm odundan bir tənbur veriləcək,başının üstündə yetmiş min əzab mələyi olacaqdır.Onların hər birinin əlində cəhənnəm odundan bir əmud vardır.Onlar əmudla həmin şexsin başına və üzünə vuracaqlar.Ğina əhli də kor,kar ve lal halda məhşərə daxil olacaqdır.Həmçinin zinakar ve musiqi alətlərini saxlayan şəxs də həmin cür məşhur olacaqdır.

Qırx gün musiqi alətləri ilə birgə olanlar

İmam Rza(ə) buyurur:”Her kəsin evində qırx gün musiqi aləti,yaxud qumar aləti olsa,Allahın qəzəbinə ducar olar.Egər bu müddət ərzində ölsə,günahkar və fasiq kimi dünyadan getmiş olur,onun yeri cəhənnəmdir.O,necə də pis yerdir.

Axır zamanda açıq aşkar musiqi

Axır zamanın əlamətlərini bəyan ədən bir rəvayətdə belə deyilir:”Axı zamanda ləhv(musiqi) alətləri çalınar və onları bu yaramaz işdən qaytaracaq bir şəxs olmaz.Hətta bir şəxs qadağan etməyə cürət belə etməz.”Bu dövrdə muşahidə olunduğu kimi,küçə bazarlarda,xiyabanlarda,mağazalarda ve evlərdə musiqi uca səslə oxudulur ve heç kəs də bunun qarşısını almağa qadir deyildir.Hemçinin ən müqəddəs məkanlarda(yəni Məkkə və Mədinə) açıq aşkar şəkildə ğina səsləri efirə buraxılır

Məqalə “Böyük günahlar” kitabına istinadən 2-ci cildindədir.

QEMLI_GECE

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    buyurun fikirlerinizi bildirin heqiqeten mene cox maraqlidir userlerin fikirleri…xebere gore teshekkurler yazmayin cox xahish fikirlerinizi bildirin…axirda mende yazacam oz fikrimi…
  2. BadBoy dedi ki:

    Gagaw Cox Sag Ol Minnetdaram

  3. Melekcik dedi ki:

    ALLAH razi olsun..cox sagol xebere gore

  4. Bahadur_z.x dedi ki:

    Salamlayiram her kesi…Movzuya gore teshekkurler……..Eger dini deqiqlikle teqib etsek..O zaman gerek shekil chekdirmeyek….Xanimlarin hamisi hicabda gezsin…….Musiqi gozellikdir.Saafliqdir….Onu haram olmagina inanmaq bele istemirem…Allahin isteyiyle dushunulmush shekilde yaranan sheydir….Allah ozu bize o qabiliyyeti verir ki..Ya gozel sese shaib oluruq ya hansisa aletde gozel ifa edirik…………………men qeti razi deyilem.Her kesin de fikirine hormetle yanashiram

  5. girl_from baki dedi ki:

    cox sag ol ilk once,beli men de bele ewitmiwem amma vallah deqiq bilmirem.men bildiyme gore musiqiye oynamaq seytan emelidir,yeni seni seytan oynadir,bu haqda kim nese deqiq bilirse bizimle bolusse sevinerem.

  6. Jelannaya_013 dedi ki:

    mende bu barade ewitmiwem gunahdi yalniz islami musiqileri dinlemek olar..ALLAH ke4sin gunahlarimizdan…

  7. FemiNistiKa dedi ki:

    he haramdi bunu bile bile qulaq asiriq ele ozumde qulaq asiram utan

  8. Rena_786 dedi ki:

    QEMLI_GECE sag ol.)

  9. Single Girl dedi ki:

    Dogurdan cox maraqliydi men bu haqda cox ewitmiwem deyirlerki haramdi…hetta wekil cekdirmeyin bele haram oldugunu deyirler…

  10. Cristi dedi ki:

    ALLAH razi olsun.