Bu gün Kəlbəcərin işğalından 17 il ötür

Bu gün Kəlbəcərin işğalından 17 il ötür

Kəlbəcər rayonunun işğalından 17 il ötür.

Kəlbəcər rayonunun işğalından 17 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

Dağıdılmış mədəni abidələr

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Leonel-207

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    ermenistan respublikasinin munaqishede,o cumleden KELBECER rayonunun ISHGALINDA ISHTIRAKI QEYRI-HOKUMET TESHKILATI OLAN "Human Rights Watch/Helsinki" "Azərbaycan. DAGLIQ QARABAGDA MUNAQISHENIN 7 ili" (Nyu-York, 994-cь il, səh. 67-73) məcmuəsində də təsdiq olunub.
    ALLAH OLENLERE REHMET ELESIN !!!
  2. pink_panther dedi ki:

    Qarabağ getsə əgər
    Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
    Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

    Nə qədər qız-gəlinim dьşdь əsir gцz gцrəsi,
    Yaz mənim qəbrimə alзaq, Qarabağ getsə əgər.

    Dərd vətən dərdidi, bağ dərdi зəkənlər alacaq,
    Цzgə bir yerdə gцzəl bağ, Qarabağ getsə əgər.

    Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
    Yetməz imdadına зildağ, Qarabağ getsə əgər.

    Oxuyub tarixi bir gьn nəvələrmiz deyəcək,
    Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

    Oynasaq erməninin işvə-nazıynan yenə biz,
    Qoyacaq зox yerə barmaq, Qarabağ getsə əgər.

    Girəcək tayqulağın qəbrinə tuş зaldıracaq,
    Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

    Qatılır gah vəhabiylə xristian bu işə,
    Atmaq ьзьn təzə qarmaq, Qarabağ getsə əgər.

    Belə sirli və mьəmmalı gedişnən, Pьnhan,
    Ьmid Allahadır ancaq, Qarabağ getsə əgər.

    Neyse Allah Onlara qeni-qeni Rehmet Elesin AMIN !!! IMZA: AGLAR PANTHER

  3. Black_Boy dedi ki:

    Allah olenlere rehmet elesin olenlerimeze

  4. IzYuMinKa dedi ki:

    ALLAH OLENLERE REHMET ETSIN!!!! XEBERE GORE COOX SAG OL MUELLIFE!!!!

  5. aznetin_gozeli dedi ki:

    [center]Yene de hemiweki sozlerimi demeli olacam.

    BAGIWLAMA , BIZI VETEN!!!.her defe danisiqlar masasina oturanda neinki dovlet hetta xaribulbulsuz qalmis SUSANIN UZUNDERESI, XANKENDININ AYAQ DEYEN HER ADDIMI, da az qala bayram ede, amma sonunda…….

    Deyesen BU YAXINLARDA VETEN BIZI BAGIWLAYACAQ!

    RUSKA, INSAALLAH KELBECERIN ISGAL GUNU XEBERINI BIR DE QOYARSAN SAYTA, AMMA BU DEFE ISGALCI QISMINDE BIZ OLARIQ INSAALLAH!(isgalci yeni-torpaqlarini geri alan)

    Her birimize ise Allah sebr versin, cunki sebr asanda biz SAVAW deyirik ki, bu da bize laizm deyil.Analarimiz yeterince gozleyaslarini silib..daha besdir.

    [/center]

  6. Crazy dedi ki:

    Allah rehmet e tsin bizede sebr versin

  7. Suphenallah dedi ki:

    GOZLEYIREM SADECE I VSE
    TEWEKKUR XEBERE GORE

  8. star dedi ki:

    Allah rehmet elesin.Allah tokulen qanlari yerde qoymasin.

  9. Melekcik dedi ki:

    ALLAH olenleri rehmet elesin

  10. QEMLI_GECE dedi ki:

    [/b] allah olenlere rehmet etsin ,,insallah torpaqlarimizi alariq [/b]

  11. BalaM dedi ki:
    Leonel-207 sagol xebere gore…Allah Rehmet elesin
  12. DaviDoFF dedi ki:

    ALLAH olenlere rehmet elesin.!!!

    P.S saat 5in yarsi idi leo dedi getdim yatmaqa usdunnen 10deq kecdi geldi deir bir dene xeber atim gedirem deirem ne xeberi deir Bu gun kelbecerin ishgal gunudu bilmirem yuxuda gordu geldi qoydu yada getdi xeberlere baxdi geldi qoydu =)

  13. bakili balasi dedi ki:

    Allah Rahmat elasin va Allah biza Sabr vrmasin cox sagol xabare gore

  14. Single Girl dedi ki:

    Allah her birine Rehmet elesin!!

  15. Gunes dedi ki:

    allah rehmet elesin.bize sadece bu gunlerde onlari yad elemek dusur

  16. girl_from baki dedi ki:

    Allah ozu bize guc versin.biz qanimizi yerde qoymamaliyiq

  17. BadBoy dedi ki:
    Allah Olenlere Rehmet Elesin….

    Bunlari Hammini Dunyaya Catdirmag Lazimdi…..

  18. Cristi dedi ki:

    SAGOL!!!! ALLAH BUTUN OLENLERE REHMET ELESIN!!! cry

  19. _Aynur_ dedi ki:

    Allah olenlere rehmet elesin,qalanlara sebr versin ….Inwallah tezlikle oz doqma torpaqlarina qayidarlar….

  20. dangerous_angel dedi ki:

    hmmm tesekkurler informasiyaya gore