Derdimi sevirem cunki onu vereni sevirem…

Derdimi sevirem cunki onu vereni sevirem...

“Dərdimi sevirəm, çünki onu VERƏNİ sevirəm!!!”

Tutaq ki, O səni sevmir yəni sevilmirsən. Sənə görməməzlik edir. Bu qədər səylərin var, niyazların, iniltilərin var. Həmişə bir sıra gözləmələrin oldu.

Kim bilir neçə dəfə əllərini açıb yalvardın, yalvardın. Bilmirəm görəsən kim bilir neçə dəfə səccadələrin islandı, dəqiqələrlə bəlkə də saatlarla qaldın. Həmişə gözlədin, gözlədin, gözlədin. Amma nəticədə gördün ki, dəyişən bir şey yoxdur. Sən həmişə eynisən. Dərdlər eyni dərd, kədər isə artmış eyni kədərdir. Pessimizm dediyin isə səni paltarın olub artıq. Geyinmisən, sanki bir daha çıxara bilməyəcəksən!

Yaxşı, giley etməyə dəyərmi? Sevməmək olarmı? Düşün, hələ səni sevməyə bilərmi? Onda bəs niyə yaradıb ki, səni?

Görünməz ən kiçik varlığın varlığından xəbərdar olan sənin niyazlarını eşitmir ola bilərmi? “Ola bilər bəlkə məni eşitmir, ola bilər” de. Dayanma de. “ALLAH məni eşitmir! Eşitsəydi məni bu haldan qurtarar, mənim üçün yaxşı olanı verərdi.” de.

Elə canlılar var ki, indiki texnologiyayla görünməsi çox çətindir. Onları belə görə bildiyi halda səni görmür ola bilərmi? Deyə bilərsənmi “O məni görmür görsə bu halım dəyişərdi. Günahlarımdan ötəri məndən intiqam alır.” De, bunu da de.

Deyə bilməzsən.

Yaxşı, belə düşünürsən həqiqətən?

Dərdlərin səni bitirdiyini düşünürsən deyilmi? Səndən başqa dərdli, qəmli, kədərli, çətinlikli heç kim yoxdur. Hər şey bir dənə səni tapdı. Pul dərdi desən cibdə qəpik yoxdur. Uşaq-muşaq desən alıb başını gedir səni dinləyən yoxdur. Yoldaşın ilə problemin var. İş desən ya işsizsən ya da işində müvəffəqiyyətsiz oldun. Tanışların desən, sənə dəyər vermir. Onların gözündə pulun varsa insansan. Of, həmişə dərd, dərd! Haqlısan bir yandan. Bəli çox çətinliklisən.

Ani bir qərarla mövzunu birdən-birə başqa deyimlə əlaqələndirirəm. Yaxşı dinlə!!!

Dərd sevdirər, dostum, sevdirər. Həm də necə sevdirər? Nə qədər dərdsizlər var ki, bir əlini qaldıran kimi əmrinə minlərlə insan hazırdır. Amma sevgisizdir onlar, dostum. Qulluqdan məhrumdur onlar. Ürəkləri möhürlənilmiş, qulaqları kar, gözləri kor olub. Sən nə böyük bir lütfdəsən ki hələ Ondan istəyirsən. Çünki O səni unutmur, özündən istədir. Səni başqa qapıya göndərmir. Səni öz qapısında gözlətdiyinə baxma. Xatırla bir Haqq dostunun incə düşüncəli sözünü:

“Sən qapını vur, açmaq içəridəkinin işidir!”

Dərd səni bişirir, dostum, bəlkə hiss etmirsən, amma həqiqətən də belədir.

Narahat olma, izlənirsən, eşidilirsən və görünürsən. Hətta sən hərdənbir unutsan belə, O səni saniyənin milyonda bir hissəsi belə olsa, eşidir, görür və ya izləyir! Ta ki, dünyaya ilk gəliş anından son anına qədər.

Yox əsla səhv anlama. Dərdini kiçik hesab etmirəm. Sənə deyə biləcəyim bunu əsla unutma və tez-tez de:

“Dərdimi sevirəm, çünki onu VERƏNİ sevirəm!!!”

Buna görə dərdini sev, dostum, dərdini çox sev. Çünki onu sənə təqdim edən BİRi var. Aydındır ki, vardır bir hikməti!!!

BalaM

Şərhlər:

  1. QEMLI_GECE dedi ki:

    allah hec kesi derdli etmesin ,, ,cox sagol xebere gore

  2. Firuze dedi ki:

    Allah hec kese derd vermesin…..cox sag ol dosdik xebere gore….

  3. Cristi dedi ki:
    \"Dərdimi sevirəm, зьnki onu VERƏNİ sevirəm!!!\"

    Coxxxxxxxxx sagol heyatimmmmmm opucuk

  4. pink_panther dedi ki:
    coxxxx sagolun eziyyete gore
  5. _Aynur_ dedi ki:

    Cox saq ol canim xebere gore…Ellerine saqliq…

  6. ALoNe_AnGeL... dedi ki:

    "Dərdimi sevirəm, cunki onu VERƏNİ sevirəm!!!"

    Twk cooooooooox beyendim heart

  7. Lindsay_Lohan dedi ki:

    pis deyil tesekkurler

  8. DaRk_AnGeL dedi ki:

    sevgi uje oldurecek meni tewekkurler xebere gore dash

  9. buz_qelb dedi ki:

    heart Chox sagolun xeber maraqliydi heart

  10. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  11. Avtosh_227 dedi ki:
    Dosi cox sagol.ellerine sagliq.qeweng xeber hazirlamisan.wekil daha cox xowuma geldi ama:))ellerine sagliq bir daha.
  12. Dj_Robot dedi ki:

    "Dərdimi sevirəm, çünki onu VERƏNİ sevirəm!!!"

    Cox sagol xebere gore

  13. BalaM dedi ki:
    REY YAZAN ELLERINIZ VAR OLSUN ,TEK TEK TSHK EDIREMgive_rose
  14. BadBoy dedi ki:

    Cox sag Ol Xebere Gore Shokoladkam

  15. IzYuMinKa dedi ki:

    Dərdimi sevirəm, зьnki onu VERƏNİ sevirəm!!

    Buna gцrə dərdini sev, dostum, dərdini зox sev. Зьnki onu sənə təqdim edən BİRi var. Aydındır ki, vardır bir hikməti!!!
    spasibki wokoladkam otlicnaya novost[/i] opucuk

  16. Single Girl dedi ki:

    Cox sagol heyatim,cox tesirli,gozel sozler id?.orijinal xeberdi.eller?ne saglik bidenem)opucuk

  17. Melekcik dedi ki:

    "Dərdimi sevirəm, зьnki onu VERƏNİ sevirəm!!!"

    Buna gцrə dərdini sev, dostum, dərdini зox sev. Зьnki onu sənə təqdim edən BİRi var. Aydındır ki, vardır bir hikməti!!!

    ALLAH hec kime boyuk derd vermesin.,.tewekkurler

  18. ZakonLubvi dedi ki:

    sag ol balam ela movzudu oxudum beyendim

  19. Leonel-207 dedi ki:

    cox sag ol xebere gore…

  20. DJ_Layla_ dedi ki:

    sag ol dostik

  21. bakili balasi dedi ki:

    cox sagol xebere gore manda derdimi sevirem ama dirnaq arasi cunki dirnaqlarimi qirxmamiwam))elllerina saglik gozal sozleri var

  22. meymunka dedi ki:

    "Dərdimi sevirəm, зьnki onu VERƏNİ sevirəm!!!"

    Buna gцrə dərdini sev, dostum, dərdini зox sev. Зьnki onu sənə təqdim edən BİRi var. Aydındır ki, vardır bir hikməti!!!

    Zolotiye slova,ya ob etom daje ne zadumavalas…Interesno…

  23. fanya_ya dedi ki:

    Wooooooow! Super chox saq ol!