ÖN SÖZ
Mən səndən əvvəllər yaşamırdım ki,
Səninlə həyata göz açmışam mən.
Yazmışam, ilhamı səndən almışam,
Səni sevməyimdən söz açmışam mən.
Yazmışam həyatda tək olduğundan,
Yazmışam mənimçün yeganəsən sən.
Aldanıb yazmışam, bilməmişəm ki,
Əzəldən sevgimə biganəsən sən.
Elə bilirdim ki, baxışlarında,
Dərdimi, qəmimi itirəcəksən.
Elə bilirdim ki, gəlişinlə sən,
Ömrümə səadət gətirəcəksən.
Bilmədim mən, çox heyif ki, bilmədim,
Mənə gələn sonbaharın özüsən.
Yad ürəkdə alovlanan sevginin,
Mənə qalan işartısı, közüsən.
Səni qucağıma atan dalğalar,
Eləcə geriyə aparsın indi.
Qoy yağsın yağışlar, əssin küləklər,
Məhəbbət tufanlar qoparsın indi.
O sənə yazdığım şeirlər belə,
Arxanca göz yaşı tökməyəcəklər.
Məni aldatmağı bacardığınçün,
Sənə abidələr tikməyəcəklər.
Bu sənə yazdığım sonuncu şeir,
Sənə nifrətimin son sözləridir.
Sənsiz həyatımın ilk səhifəsinə,
Qürurla yazılan ön sözləridir.
ÖN SÖZ
04 fevral,2011,Bakı
Şahin İlqar
Beyendim gozel weirler yazirsiz. Tewekkur
Təşəkkürlər. İnşAllah.
Maraqli şeir idi təşəkkür edirəm.Ardı gəlsin