ŞAHİN İLQAR – “BAXIŞINA VURULMUŞAM”
Baxışına vurulmuşam mən sənin,
Ən birinci gözlərini sevmişəm.
Dinləməkdən doymadığım o şirin,
Söhbətini, sözlərini sevmişəm.
Tanrı səni mənə yazıb görəsən?
Yazıbdırsa, bu yazını pozmasın.
Sən getdiyin yolu gedir ayaqlar,
Qoy yerisin, öz yolundan azmasın.
Hara getsəm, harda olsam, bilirəm,
Yollarımı gözləyəsi biri var.
Məskənimi ürəyində salmışam,
Belədirsə yaşamağın yeri var.
24 dekabr,2010,Bakı
Şahin İlqar
Yenilənib: Noyabr 3, 2015
Etiketlər: baxisinaseirsevgivurulmusam
Gozel weirdi.