Şəkər xəstələrinə alimlərdən şad xəbər

ABŞ-ın Ayova Universitetinin professorları orqanizmin şəkərə olan tələbatını azaldan hormon kəşf ediblər. Belə ki, qara ciyərin istehsal etdiyi həmin hormonun miqdarı kifayət qədər olduqda, insanın ürəyi şirniyyat istəmir.

“FGF21” adı verilən hormon sayəsində şəkər xəstəliyindən və köklükdən əziyyət çəkənlərin şirniyyatdan uzaq durmalarına kömək etmək olar.

Alimlər bir çox xəstəliyin orqanizmə həddən artıq şəkər daxil olması nəticəsində yarandığını xatırladıblar. Onların sözlərinə görə, gələcəkdə “FGF21” hormonunu artıran dərmanlar istehsal ediləcək və nəticədə şirin qidalar insanların düşməninə çevrilə bilməyəcək.

Nergiz__Sirinova

Şərhlər:

  1. Zeynəb dedi ki:

    Allah nesib etmesin. Tewekkur xeber cun.